Reproduktiv Sağlamlıq Portalı |
Ana və uşaq ölümünün azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulmuşlara keyfiyyətli tibbi qayğının göstərilməsi reproduktiv sağlamlıq strategiyasının əsas elementləridir və dövlətin ən əhəmiyyət verdiyi sahələrdəndir.
Reproduktiv sağlamlığın qorunmasında geniş əhali və xüsusilə də gələcək valideynlər arasında maarifləndirmənin aparılması çox önəmlidir.
İSİM-də Fövqəladə Hallarda Reproduktiv Sağlamlıqla bağlı işlər görülür. Bu istiqamətdə görülən işlər UNFPA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Bundan əlavə Səhiyyə Nazirliyinin İSİM-i tərəfindən www.saglamliq.isim.az internet saytında Reproduktiv Sağlamlığa dair xüsusi portal yaradılıb. Bu portalda tibb elminin ən son məlumatları əsasında geniş əhalinin asan başa düşə biləcəyi dildə fizioloji hamiləlik və doğuş, hamiləlik dövrünün infeksiyaları və onların müalicəsi, yenidoğulmuşlara qayğı, hamiləlik dövründə şəkərli diabet, yüksək qan təzyiqi və çəki artımı, doğuş zamanı və doğuşdan sonra baş verən qanaxmalar və onların profilaktikası, habelə kişi və qadınlar, uşaq və yeniyetmələr üçün reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair onlarla digər faydalı mövzulara dair məlumatlar yer alıb.
Bununla yanaşı istənilən şəxs portalda yaradılmış “Mənim Reproduktiv Sağlamlığım” bölməsinə daxil olaraq, reproduktiv sağlamlıq durumunu qiymətləndirə bilər. Həmin qiymətləndirmə sayəsində siz sağlam hamiləlik və doğuş üçün risk faktorlarını müəyyən etmək və onların aradan qaldırılması üçün dəyərli məsləhətlər əldə edə bilərsiniz. “Mənim Reproduktiv Sağlamlığım” bölməsində verilmiş sualları cavablandırmaqla reproduktiv sağlamlığınızı qorumaq üçün fərdi xüsusiyyətlərinizə uyğun olaraq faydalı tövsiyələr də əldə edə biləcəksiniz.
Fövqəladə Hallarda Reproduktiv Sağlamlığa dair məlumatı www.isim.az saytından əldə edə bilərsiniz.
Ətraflı məlumat üçün www.sağlamlıq.isim.az elektron sağlamlıq portalına müraciət etməniz tövsiyə olunur.