Kişilərdən fərqli olaraq, qadının fiziologiyası və maddələr mübadiləsinin xüsusiyyətləri elədir ki, onların bədəninə alkoqol daha çox sorulur. Həmçinin, alkoqol daha gec parçalanaraq qadınların orqanizmində daha uzun müddət qalır. Başqa sözlə, kişi və qadın eyni miqdarda spirtli içki qəbul etdiyi halda, qadının bədənində o daha yüksək səviyyədə olur, daha tez təsir etməyə başlayır və təsiri daha uzunmüddətli olur. Bununla bağlı spirtli içkilərin uzunmüddətli təsiri də qadınlarda daha ağır olur.
• Çox miqdarda və ya az miqdarda mütəmadi olaraq qəbul edildikdə, spirtli içkilər aybaşı dövrünün pozulmasına, sonsuzluq riskinin artmasına, hamiləliklərin düşüklə, vaxtından əvvəl doğuşla və ya ölü uşağın doğulması ilə nəticələnməsinə səbəb ola bilər
• Spirtli içkilər qəbul edən qadınlar qorunmamış cinsi əlaqələr, bir neçə cinsi partnyorun olması kimi riskli davranışa daha çox meyillidirlər. Belə davranış arzuolunmayan hamiləlik və cinsi yolla yoluxan xəstəliklərə yoluxma riskini artırır.
Spirtli içkilər və hamiləlik
• Hamiləlik dövründə spirtli içkilərin qəbulu alkoqol təsiri nəticəsində dölün inkişaf pozuntularına səbəb olur. Alkoqolun hamiləlik zamanı qəbulu ağır hallarda yenidoğulmuşların əqli geriliyi və müxtəlif anadangəlmə qüsurlarına səbəb olur.
• Spirtli içkilərin istifadəsi onların növündən və miqdarından asılı olmayaraq təhlükə doğurur. Spirtli içkilər istifadə edən qadınlar onların qəbulundan mümkün qədər tez imtina etsələr, uşaqlarda fiziki, əqli və psixi inkişaf pozuntularının riski azalmış olar.
• Tədqiqatlar göstərir ki, hamiləlik dövründə spirtli içkilər qəbul edən qadınların uşaqlarında Yenidoğulmuşun Qəfləti Ölüm Sindromu (YQÖS) riski artmış olur. Bu risk hamiləliyin ilk üçaylığında spirtli içkilər qəbul etdikdə daha yüksəkdir.
Sağlamlıqla bağlı digər problemlər
Qaraciyərin zədələnməsi: Sirroz və spirtli içkilərin istifadəsi ilə əlaqəli olan digər qaraciyər xəstəliklərinin yaranması riski qadınlarda daha yüksəkdir.
Beyinə olan təsir: Spirtli içkilərin hədsiz və ya mütamadi istifadəsi yaddaşın zəifləməsinə və beyinin büzüşməsinə gətirə bilər. Bunlar kişilərə nisbətən qadınlarda daha qısa müddətdə baş verir.
Ürəyə təsir: Spirtli içkilərin hədsiz və ya mütamadi istifadəsi, eləcə də ürək əzələsinin zədələnməsinə gətirə bilər. Bu, kişilərə nisbətən qadınlarda daha qısa müddətdə baş verir.
Xərçəng xəstəliyi: Spirtli içkilərin qəbulu ağız, boğaz, qida borusu, qaraciyər, bağırsaq, eləcə də döş vəzi xərçəngi riskini artırır.
Cinsi zorakılıq: Spirtli içkilərin hədsiz istifadəsi cinsi və fiziki zorakılığa məruz qalma riskini artırır.
Alkoqol qəbulu səbəbindən döldə yaranan bəzi səciyyəvi xüsusiyyətləri:
|