Qida etiketləri bizə nə deyir?
Mağazalardan aldığımız hər məhsulun üzərində etiket var. Almaq istədiyiniz qidanın tərkibinə nələrin daxil olduğunu bilmək istəyirsinizsə, etiketdəki yazını oxumağa vərdiş edin. Çalışın, tərkibi təbii və sadə olan məhsulları seçəsiniz. Bilin ki, tez hazırlanan bütün məhsullar kimyəvi sənaye məhsullarıdır.
İlk növbədə məhsulun istehsal tarixi, saxlanma müddəti və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Bəzən qablaşdırmanın üzərindəki rəqəmlər şifrləməni xatırladır və məhsulun “istehsal” ilə “son istifadə” tarixləri arasında qarışıqlıq yaradır. Xoşagəlməz halların olmaması üçün sadəcə olaraq tarixləri aydın göstərilən məhsulları seçin.
Xaricdən idxal olunan əksər qida məhsullarının hazırlanmasında istifadə edilən qida əlavələri (yəni kimyəvi maddələr) E işarəsi və müvafiq 3 rəqəmli simvolla göstərilir, məs., E102. Həmin kimyəvi maddələrin heç də hamısı zərərli olmasa da, əksəriyyətinin çoxlu miqdarda və ya gündəlik istifadəsi sağlamlığa ziyan vura bilər.
Yadda saxlayın!
Məhsulun tərkibində nə qədər az qida əlavələri və əlavə maddələr varsa, deməli məhsul daha təbiidir. Unutmayın ki, bunlar olmadığı halda məhsulun yararlılıq tarixi bitməmiş istifadə olunmalıdır.
Coffe-mate® Qəhvə kremi
Tərkibi: Qlükoza siropu, Hidrogenləşdirilmiş bitki yağı (Palma yağı), Sabitləşdiricilər (E340ii, E451i, E452i, E331iii), Soda Kazeinatı (Süd Proteini), Emulqatorlar (E471, E472e), Dadvericilər, Bişmənin qarşısını alan agent (E551) və duz. Bir porsiya – bir çay qaşığı, təxminən 6 q.
100 q-da qida dəyəri
Qida 1 yaşadək olan uşaqlar üçün nəzərdə tutulmayıb. Son istifadə tarixi: 15.11.2017 Xalis çəkisi 400 q.
YAĞLAR – doymuş yağlar, doymamış yağlar, transyağlar. Yağlar da karbohidratlar kimi enerji mənbəyidir. Amma karbohidratlardan fərqli olaraq yağlar “ehtiyat oyunçular”dır. Tərkibində doymamış yağların çoxluq təşkil etdiyi məhsullara üstünlük verin. Lakin tərkibində transyağlar olan məhsulların istifadəsindən çəkinin, onlar qanda xolesterinin səviyyəsinə və ürək-damar sisteminə mənfi təsir göstərir.KARBOHİDRATLAR – insanın əsas enerji mənbəyidir. Yarma növləri, kobud üyüdülmüş undan makaron, çovdar çörəyi – bunlar mürəkkəb karbohidratlardır. Karbohidratlar sinir toxumalarının tənzimlənməsi üçün lazımdır və beyin üçün yeganə enerji mənbəyidir. Sellüloza ilə zəngin karbohidratlar qəbizliyin qarşısını almağa yardımçı olur, ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet riskini aşağı salır.
ZÜLALLAR – insan orqanizminin əsas tikinti materialıdır. Əzələlər, daxili orqanlar, qan, immun sistemi, dəri, saçlar, dırnaqlar – bunların hamısı zülallardan ibarətdir. Rasionumuzda zülalın olmaması gücümüzün, işimizin səmərəliliyinin azalmasına aparır və bizi soyuqlama və infeksiya qarşısında aciz qoyur.
Əziz məktəblilər!
Hər gün mağazalardan müxtəlif növ qidalar alırsınız. Amma diqqətinizi cəlb edən hər qida məhsulunu sağlam qida adlandırmaq olmaz. Hətta hamının alışdığı və tez-tez istifadə etdiyi qida məhsullarında da sağlamlıq üçün zərərli maddələrə rast gəlinə bilər. Odur ki, məlumatlı seçim etmək üçün qida etiketlərinin oxunması çox önəmlidir.
Bəs siz bundan istifadə edə bilirsinizmi?
Qidanin tərkibi və enerji dəyərini necə bilmək olar?
Qida etiketində mahsulun enerji dəyəri (yəni məhsulun 100 qramında olan kalorinin miqdarı), tərkibindəki zülallar, yağlar və karbohidratlar barədə məlumat verilir. Onların azlığı və ya çoxluğu orqanizmə mənfi təsir göstərə bilər, bu isə piylənmə, artıq çəki və müxtəlif xəstəliklərin yaranması ilə nəticələnər.
Qida seçərkən və ya gündəlik qida rasionunuzu formalaşdıranda aşağıdakı cədvələ istinad etmək tövsiyə edilir.
Uşaq və yeniyetmələrin əsas qida maddələrinə və enerjiyə fizioloji tələbat normaları (sutkalıq)