• Xəstəliklərin profilaktikası haqqında vətəndaşların gigiyenik tərbiyəsi və təhsili sisteminin təkmilləşdirilməsi,
• Əhalinin tibbi savadlığının və tibbi mədəniyyətinin inkişaf etdirilməsi,
• Qeyri-infeksion və infeksion xəstəliklər barədə məlumatlılığının artırılması,
• Uşaqlar arasında immunizasiya və vaksinasiyanın aparılmasının təşviqi,
• Həkim-pasiyent arasında daha təkmil və peşəkar məlumat mübadiləsi sisteminin yaradılması,
• Əhali arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair bilik və məlumatlığın artırılması vasitəsilə ana və uşaq ölümünün azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulmuşlara keyfiyyətli tibbi qayğının göstərilməsinin təbliğ edilməsi.