Hamısını göstər

ƏN SON YENİLİKLƏR

Xəstəliklər üzrə ən son əlavə olunanlar

Koronavirus infeksiyası

Korona virus, məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan virusdur. Bu virus insanlara zökəm, qrip ya da digər adi xəstəlik formasında keçə bilir.

Daha ətraflı

Stenokardiya

Stenokardiya və ya “döş inağı”, adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır..

Daha ətraflı

Hamiləliyin qarşısını alan kontraseptiv və təbii üsullar

Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya – hamiləliyin ..

Daha ətraflı

Hemofiliya - oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir

Hemofiliya – X xromosomunda bir genin dəyişilməsi nəticəsində yaranır. Adətən, xəstəlikdən kişilər əziyyət çəkirlər..

Daha ətraflı

Depressiya

Hər il 800 mindən çox insan intihar edərək dünyasını dəyişir. Bu, 15-29 yaş arasında olan insanların ölüm səbəbinin ikinci əsas göstəricisidir..

Daha ətraflı

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Xoranın sağalmasına və xəstəliyin ağırlaşmamasına əmin olmaq üçün müalicədən bir neçə həftə sonar təkrar endoskopiya müayinəsi aparılmalıdır!

Daha ətraflı

MARAQLI FAKTLAR

SAĞLAMLIĞIN SİRRİ
Həftədə 150 dəqiqə idmanla məşğul olmaq ölüm riskini üçdəbirə qədər azaldır

Avstraliyanın Lafboro və Sidney universitetlərinin tədqiqatçıları həftəsonu edilən idmanın sağlamlıq üçün faydalarını araşdırıblar. Bunun üçün İngiltərə və Şotlandiyada qırx yaşdan yuxarı 64 min insan və ayrıca olaraq 18 yaşdan yuxarı şəxslər üzərində təcrübə aparılıb. Alimlər hər iki araşdırmada eyni nəticəni əldə ediblər. Əldə edilən nəticələrə görə, həftədə 150 dəqiqə yüngül hərəkətlərlə məşğul olmaq erkən ölüm riskini üçdəbirə qədər azaltmağa kifayət edir. Belə ki, aktiv həyat tərzi keçirməyənlərə nisbətən həftədə bir və ya iki dəfə idmanla məşğul olan insanlarda ürək-damar xəstəliklərindən ölüm riski 41 faiz, xərçəng xəstəliyindən isə 18 faiz azalıb. Həftədə üç dəfə və daha çox idmanla məşğul olanlarda isə ürək-damar xəstəliklərindən ölüm riskinin 41 faiz, xərçəng xəstəliyindən isə 21 faiz azaldığı müşahidə edilib.

Hamiləlik dövründə ananın yediyi alma gələcək körpəni astmadan qoruyur.

Hamiləlik dövründə ananın yediyi alma gələcək körpəni astmadan qoruyur. Hollandiya və İngiltərə alimləri belə nəticəyə gəlmişlər.

Siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər.

Mə lumata görə siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər. Bu özünü cərrahiyə əməliyyatından sonra daha qabarıq göstərir. Çünki əməliyyatdan əvvəl siqaret çəkənlər cərrahiyyədən sonra özünü siqaretdən istifadə etməyənlərə nisbətən pis hiss edir, ağır və riskli fəsadlarla üzləşir. Bunu Kaliforniya Universitetinin araşdırmacıları tərəfindən aparılmış tədqiqatın nəticələri sübut edir. Həmçinin onların 1950-ci ildən başlayaraq siqaretin təsiri haqqında cərrahiyyədən sonrakı xəstələrin vəziyyəti haqqında məlumatlar topladığı bildirilir. Həmin məlumatların təhlili göstərib ki, siqaretdən istifadə edənlərdə fəsadlara daha çox rast gəlinir. Bundan başqa, onlara iri həcimli qanköçürülmə prosesi də çox vaxt alır. Siqaret çəkənlərdə beyin şişi əməliyyatı zamanı ölüm riskinin çox olduğu deyilir. Onurğadan əməliyyat olanlarda o qədər təhlükə olmur və həmin ağır fəsadları bərpa etmək olur. Bu cür nəticələr neyrocərrahlara əməliyyatlarda olan uğursuz nəticələrin səbəblərini müəyyən etməyə imkan verir.