Alkoqolizm

Son yeniliklər

Ümumi məlumat

 

527

Alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir.

Alkoqolizm bir çox insanlar tərəfindən alkoqol asılılığı mənasında istifadə olunur.

Bəzi insanlar alkoqoldan asılı olmadan həyatlarında çətin vəziyyətlər olduğu halda alkoqol qəbul edirlər.

Alkoqoldan asılılı vəziyyət yaranarsa, onda bu zərərli vərdişdən qurtulmağa detoksikasiya kömək edə bilər.

•  Dünyada spirtli içki qəbul edilməsi səbəbindən hər il 3,3 milyon insan ölür, bu bütün ölümlərin 5,9% təşkil edir.

•  Alkoqol qəbulu 200-dən çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

•  Alkoqol-bütün  xəstəliklərin və  zədələrin  qlobal yükünün  5,1%-ni təşkil edir

•  Akoqol qəbulu  həyatın erkən mərhələlərində ölüm və əlilliyə səbəb olur. 20-39 yaşlı insanlar arasında ölümlərin təxminən 25% spirtli içki qəbul edilməsi səbəbi ilə bağlıdır.

•  Alkoqolun qəbulu ruhi və davranış pozğunluqları, həmçinin bir sıra digər qeyri-yoluxucu sağlamlıq problemləri və xəsarətlərin yaramasında əsas  səbəblərdən biridir.

•  Alkoqolun qəbulu nəinki fərdin sağlamlığına, həmçinin bir sıra insanların və cəmiyyətin ictimai və iqtisadi vəziyyətinə zərərli təsir göstərir.

Alkoqol və cəmiyyət

 

Bir çox insanlar spirtli içkilərdən az da olsa qəbul edirlər. Lakin, spirtli içkinin az miqdarda qəbul edilməsi  də  həyat üçün təhlükə yarada bilər, məsələn, az miqdarda spirtli içki qəbul edib maşın idarə etmək, həm özü üçün, həm də ətrafdakı insanlar üçün çox təhlükəlidir. Hər hansı bir xəstəliyə qarşı müalicə məqsədi ilə  dərman preparatları qəbul etdikdən sonra içki içmək çox təhlükəlidir. 

 

Alkoqolun yaratdığı xəstəliklər

 

Orqanizmə daxil olan zərərli maddələri, o cümlədən alkoqolun zərərli toksinlərini qaraciyər zərərsizləşdirir. Alkoqolun qəbul dozası qaraciyərin  öhdəsindən gələ biləcək miqdarından çoxdursa, bu, qaraciyərin hüceyrələrinə zərər verə bilər və zəhərli kimyəvi maddələrin əmələ gəlməsinə səbəb olur. Belə ki, bu, qaraciyər (sirroz), mədəaltı vəzi, ürək-damar xəstəlikləri, cinsi xəstəliklər, xərçəng və digər xəstəliklərin yaranma riskini artırır. Ümumiyyətlə, nə qədər çox spirtli içki qəbul edirsinizsə, bir o qədər də sağlamlığınıza təhlükə riskini artırırsınız.

 

Alkoqolun yaratdığı problemlər

 

Sərxoşluq insanın özünə, ailə üzvlərinə və cəmiyyətə zərər vurması ilə yanaşı onu aşağıdakı problemlərlə də üzləşdirə bilər:

•  Qaraciyərin alkoqol sirrozu.

•  Kifayət qədər tez-tez sərxoş olmaq sonda iş itirmək təhlükəsi ilə üzləşdirir, cəmiyyətdə qeyri adekvat davranış və insanların qınağı ilə qarşılaşdırır.

Qeyd: Hər spirtli içki içən sərxoş olmur. Sirroz və ya digər alkoqol qəbulu ilə bağlı yaranmış xəstəlikdən əziyyət çəkənlərin çoxu spirtli içkini az miqdarda və tez-tez qəbul edərək sərxoş vəziyyətdə olmaya da bilərlər.

•  Alkoqol büdcənizə həddən artıq ziyan vurur.

•   Alkoqolun qəbulu ilə bağlı ətrafdakı insanlar ilə münasibətdə və ya iş yerində problemlər yaşanır.

İçki qəbul edənlərin hamısı alkoqoldan asılı deyillər. Alkoqolun simptomları əmələ gəlmədən içkini dayandırmaq olar, amma bu və ya digər səbəbdən bəzi insanlar içməkdə  davam edirlər.

 

Alkoqol asılılığı

 

525

Əgər hər gün spirtli içki qəbul etmək üçün  güclü istək varsa, bu da  alkoqol asılılığı deməkdir. Bəzən istək o qədər böyük  olur ki, insan özünə nəzarət edə bilmir.

Bu halda spirtli içkinin qəbulu insanın həyatında önəmli yer tutur. İnsan spirtli içkini hər gün qəbul edir və spirtli içkilərdən tamamilə çəkinmək istədikdə yaranan xoşagəlməz əlamətlərin qarşısını almaq üçün tez-tez içmək məcburiyyətində qalır.

Alkoqol asılılığının əlamətləri hansılardır?

Çoxlu spirtli içki qəbul etmək səbəbindən orqanizm alkoqola öyrəşir və alkoqol qəbulunun təsiri keçdikcə spirtli içki qəbulundan 3-8 saat sonra “lomka” əlamətləri (spirtli içkilərdən tamamilə çəkinmək istədikdə yaranan əlamətlər) yarana bilər. Belə ki, bu əlamətlərə görə  alkoqol qəbulun tərgidilməsi çətinləşir. Bu əlamətlərə ürək bulanma, titrəmə, tərləmə, spirtli içkiyə yenidən həvəs yaranma, özünü pis hiss etmək kimi əlamətlər daxildir. Bəzi hallarda konvulsiya (titrətmə) baş verir.

Nəticədə, bu əlamətlərin qarşısını almaq üçün spirtli içkini müntəzəm şəkildə qəbul etmək məcburiyyəti yaranır. Spirtli içki olmadığı təqdirdə, bu əlamətlər, adətən, 5-7 gün ərzində davam edir, lakin alkoqola meyllik daha da çox uzun çəkir.

Alkoqol asılılığı aşağıdakı hallarda inkişaf edə bilər:

•  Alkoqol qəbulu üçün güclü istək olur və hər gün spirtli içki qəbul etmək istəyi var.

•  Spirtli içki çox hallarda tək qəbul edilir.

•  Titrəmənin dayandırılması üçün spirtli içki qəbul edilir.

•  Spirtli içki səhər tezdən qəbul edilir (“lomka”dan çəkinmək üçün)

•  Spirtli içki əldə edilə bilən yerlərdə çox vaxt keçirilir. Məsələn, yığıncaqlar  və ya barlarda.

•  Alkoqol qəbul edildiyinə görə heç nəyə maraq göstərilmir.

İnsan bu simptomlarından qurtulmaq üçün  müntəzəm olaraq hər gün içir.

Öz problemlərini başqalarından gizlədir. Bununla da öz orqanizminə ciddi risk yaradır (qaraciyər sirrozu, xərçəng və s).

Spirtli içki qəbulunu azaltmalı və ya tamamilə dayandırmaq lazımdır?

Əgər alkoqol asılılığı varsa, bu zərərli vərdişi tədricən azaldıb və sonra tamamilə dayandırmaq olar. Alkoqol asılılığından əziyyət çəkdikdə, spirtli içkinin qəbulunu birdən dayandırmayın. Bunun pis təsiri ola bilər. Ona görə alkoqolun qəbulunu tədricən azaldılmağı və sonra dayandırılması və detoksikasiya üçün həkimə müraciət edilməsi tövsiyyə olunur.

Həmçinin, sirroz və ya digər alkoqolla əlaqəli xəstəlik varsa, bu vərdişdən tamamilə imtina etmək tövsiyə olunur.

Əgər spirtli içkinin qəbulunu azaltmağa çalışırsınızsa aşağıdakı tövsiyələrə əməl edə bilərsiniz:

•  Tərkibində çox alkoqol (spirt) olan içkiləri qəbul etməyin.

•  Spirtli içkilərin əvəzinə  alternativ sərinləşdirici içkilər  qəbul edin.

•  İçki olan yerlərdən uzaq durun, sosial fəaliyyətinizi içki olmayan yerlərdə davam etdirin.

•  Daha çox spirtli içki qəbulunu həvəsləndirən insanlardan uzaq durun.

 

Alkoqolu necə tərqitmək olar?

 

İçkini azaltmaq və ya dayandırmaq insanın öz iradəsindən asılıdır.

Lakin bu çətin ola bilər və bunun üçün aşağıdakı tövsiyələr kömək edə bilər

Problemi qəbul etmək

Bəzi insanlar onlarda belə problemin olduğunu inkar edirlər. Lakin onlar "Mən spirtli içkilərin qəbulunu hər zaman dayandıra bilərəm", "Mən yalnız  yoldaşlarımın qəbul etdiyi içkiləri qəbul edirəm", "Mən bu problemin öhdəsindən gələrəm" və. s kimi fikirlər səsləndirirlər.

Özündə belə problemin olması və lazımi yerdən kömək almaq alkoqol asılılığını azalda və onun dayandırılması üçün vacib addım hesab edilir.

Özünə kömək göstərmək

 

Bəzi insanlara kitab, internet saytlar, bukletlər və s. kimi vasitələr içkini atmaqda onlara kömək edir. Hesab olunur ki, alkoqol ilə problemi olan 3 adamdan 1-i hər hansı bir professional köməyi olmadan spirtli içki qəbulunu dayandırmağı bacarır.

Müalicə almaq

Bəzi insanlara bu məsələdə tibb işçilərinin məsləhətləri kömək edir. (Xüsusi təlim keçmiş məsləhətçiyə müraciət edilməsi tövsiyə olunur). Onlar bu məsələni daha ərtaflı izah etməklə yanaşı spirtli içki qəbulunun öhdəsindən gəlmək üçün plan hazırlamağan kömək edə bilərlər. Bəzi hallarda, idrak-davranış terapiyası (İDT), həvəsləndirici müsahibə və ya motivasiyanı (həvəsi) yüksəldən terapiya kimi müalicə üsulları uyğun ola bilər. Məsələn, İDT alkoqol qəbulu ilə bağlı düşüncə tərzi, hissi və davranışı dəyişməkdə kömək edə bilər. Bu cür müalicə 10 və 17 yaş arasında və spirtli içki qəbulu ilə əlaqədar problemləri olan uşaqlar üçün xüsusilə faydalıdır.

Ailə terapiyası da tətbiq oluna bilər, uşaqların ailə üzvləri də müalicə kursunda iştirak edə bilər.