İlk səhifə Layihə Yeniliklər

Yeniliklər

"Həkimlər üçün E-mekteb" portalı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planının 3.1.2. (Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılması üçün davamlı tibbi təhsil mexanizmlərinin işlənməsi) bəndinə əsasən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb. E-mekteb portalında təqdim edilən elektron (virtual) tibbi kurslar həkimlər və orta tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Hər bir kurs elmi redaksiya heyəti tərəfindən izlənilən yüzlərlə aparıcı tibbi jurnal və elektron kitabxanaların monitorinqi və araşdırması nəticəsində əldə edilir. Hər bir məqalə, hər bir tövsiyə sübutlara əsaslanır və klinik təcrübə ilə uzlaşdırılır.