GDO-lu məhsulların zərərli təsirləri
Son yeniliklər”GDO” sözünün açıqlaması geni dəyişdirilmiş orqanizmlər deməkdir. Bu prosesin əsasını bir cinsdə olan bir özəlliyin digər cinsə də verilməsi təşkil edir. Geni dəyişdirilməklə alınan yeni cins məhsul soyuğa, həşəratlara və gəmiricilərə davamlı olur. Bu səbəbdən məhsulda itki çox aşağı olur və eyni zamanda məhsuldarlıq da artır. Ancaq bu cür məhsulların insan orqanizminə zərərli olması artıq araşdırmalar nəticəsində sübut olunub.
GDO-lu məhsulların insan orqanizminə toksik, allergik və xərçəng əmələ gətirmə kimi xroniki təsirləri ola bilər. Geni dəyişdirilmiş orqanizmlər laboratoriya şəraitində yetişdirilən qida və yem məhsullarıdır. Bu cür məhsullar 1990-cı ildən bəri etirazlar səbəbindən bir çox Avropa ölkələrində istifadə edilmir. GDO-lu qidaların, toxumların və yemlərin üzərində xüsusi etiketlər olmalıdır ki, insanlar onları seçə bilsinlər. Çünki bu məhsullar təbii məhsullara nisbətən daha az bəsləyici, qidalandırıcıdır. Bu haqda geniş araşdırmalar aparılmayıb. Ancaq GDO-lu məhsulların heyvan və bitki populyasiyalarına zərər verdiyi bildirilib. Ən əsas problemlərdən biri də budur ki, GDO-lu məhsullar orqanizmimizdə geri dönüşü olmayan dəyişikliklərə səbəb olur. GDO-lu yemlərlə bəslənən heyvanlardan əldə olunan süd, yumurta və ət sağlam olmur. Bu, laboratoriyalarda da sübut olunub. Buna səbəb GDO-lu yemlərin özləri antibiotikə qarşı davamlı olan, məhv edilə bilməyən bakteriyalar əmələ gətirməsidir. İnsanlar da bu cür qidalarla qidalandıqda bu cür dözümlü bakteriyaları əldə etmiş olurlar. Bu bakteriyalar təsirini yavaş-yavaş göstərərək, bir neçə il sonra hər hansı bir xəstəliyin yaranmasına səbəb ola bilir. Çünki bu cür qidalarla biz kütləvi şəkildə daimi qidalanmırıq. Belə maddələr əsasən qarğıdalı, soya və s. kimi qida məhsullarına verilir. GDO-lu məhsulların heyvanlar üzərində aparılan təcrübəsi zamanı onların zərərli olduğu aşkarlanıb. Məsələn, genetikası dəyişdirilmiş pomidorla bəslənən şiçanlarda mədə xorası xəstəliyi aşkarlanıb. Bundan əlavə, GDO-lu soya ilə bəslənən siçanlarda həm qaraciyər, həm mədəaltı vəzin funksiyalarında pozğunluqlar meydana gəlib. Heyvanlarda bu cür fəsadlar yaradan bu məhsullar təsəvvür edin, insan üçün nə qədər təhlükələr yaradar. Ancaq bu qidaların insanlar üzərində təhlükəsizliyi tam olaraq isbat edilməyib.