ZƏRƏRLİ QİDALAR haqqında məktəblilər üçün məlumat


“Fast-fud” və ya “əlüstü yemək”: Qamburger, hot-doq, dönər, şaurma, ponçik və tez hazırlanan digər qida növləri təkrar yağlarda qızardılır, tez-tez yedikdə qarında ağrılar, həzm pozuntusu, qəbzlik və ya ishal (qarıngetməsi) yaradır.

Fast-fud və soyuq, şirin qazlı suların birgə istifadəsi daha çox zərərlidir. Çünki bu zaman qidanın mədədə qalma müddəti 4-5 saatdan 20 dəqiqəyə qədər azalır, tezliklə yenə aclıq hissi yaranır, bu isə piylənməyə birbaşa aparan yoldur!

Fast-fud yeməyinin üstündən soyuq qazlı su mədəyə düşdükdə piy qatılaşır, həzm prosesi çətinləşir və bu halda bağırsaqlarda çürümə proseslərinə şərait yaranır.

Fri-kartofu və kartof çipsləri ürək-damar sistemi üçün zərərli olan böyük miqdarda yağlar və duzla zəngindir. Məktəbdə tənəffüs zamanı həftədə cəmi 1-2 paket yedikdə dərs ilinin sonuna bədən çəkiniz 3-4 kiloqram arta bilər.

Qazlaşdırılmış şirin suların qəbulu dişlərdə kariesə, şəkərli diabet xəstəliyinin yaranmasına və sinir sistemi xəstəliklərinin (Parkinson xəstəliyi) inkişafına səbəb ola bilər. Bu suların tərkibində çoxlu miqdarda şəkər vardır ki, bunlardan istifadə etdikdə artıq bədən çəkisi  və  piylənmə  riski  ciddi  dərəcədə  artmış  olur.

Kolbasa və sosiska məmulatlarının tərkibində ətlə yanaşı donuz və ya mal ətindən hazırlanmış yağlar (iç piyi) vardır. Bu məhsulların tərkibində ciddi dərəcədə transgen soya vardır və geni deyişilmiş (modifikasiya olunmuş) xammaldan hazırlanır. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı ümumiyyətlə mal və qoyun ətini xərçəng xəstəliyinin inkişafına səbəb olan maddələr qrupuna aid etmişdir.

Mayonez və ketçuplar transyağların (faydalı yağ turşularının yerini zəbt etmiş zərərli yağlar) daşıyıcısı olub, qan damarlarının kirəcləşməsinə (arterioskleroza), şəkərli diabetin inkişaf riskinin artmasına və immunitetin zəifləməsinə gətirib çıxarır.

 

Sağlam və uzun ömür yaşamaq istəyirsinizsə, fast-fud yeməklərindən və zərərli qidalardan uzaq olun!

Şokoladlı batonlar: Bir ədəd şokoladlı batonda 500 kkal var və bunlar artıq yağlar kimi piy toxumasında toplanır. Toxluq hissi çox çəkmir, artıq 1 saat keçdikdən sonar yenə yemək istəyi yaranır, nəticədə artıq çəki və piylənməyə gətirib çıxarır.

Çeynənən konfetlər, jelebonlar, “çupa­çupslar” şəkərlə zəngin olduğuna görə şəkərli diabet, mədəaltı vəzin xəstəliklərinə yol açmaqla yanaşı, uşaqlarda allergiya, mədə və böyrək xəstəliklərinə səbəb olur. Mütəxəssislər tərkibində E621, E951, E211, E133, E213 və E151 əlavələri olan qidaların istifadəsindən xüsusilə çəkinməyi tövsiyə edirlər.

Popkornun tərkibində çoxlu miqdarda zərərli yağ turşuları, duz, şəkər, boyalar və s. sağlamlığa ziyan vuran maddələr vardır.

Duz  “ağ ölüm” adlandırılır və normadan artıq (günə 5 milliqram, yəni 1 çay qaşığından çox) qəbul olunduqda qan təzyiqinin artmasına, ürəyin böyüməsinə, ürək və beyin xəstəliklərinə səbəb olur.

Yadda saxlayın: zərərli qidalar orqanizmə tədricən ziyan vurmaqla ilk növbədə artıq çəkiyə və piylənməyə, həmçinin mədə-bağırsaq, ürək-damar və beyin-damar sistemlərinin xəstəliklərinə, qaraciyər, böyrəklərin toksiki zədələnmələrinə, şəkərli diabetə gətirib çıxara  bilər.

 

Dadlı  yeməklər çoxdur, sağlamlıq təkdir!

Əziz uşaqlar, müasir dövrdə görünüşü və ətri ilə cəlbedici görünən yeməklərin heç də hamısı sizin orqanizminiz üçün faydalı deyildir. Əksinə sizin çox sevdiyiniz, xüsusi görünüşü və dadı ilə diqqətinizi cəlb edən qidalar çox vaxt ən zərərlisidir. Onların organizmə göstərdiyi ziyanı barədə, xüsusi ilə də sağlamlığınızı zədələyən, müxtəlif xəstəliklər yaradan fast-fud və əlüstü yeməklər barədə gərəkli məlumatlar bu bukletdə diqqətinizə çatdırılıb.  

Uşaq və yeniyetmələrin əsas qida maddələrinə və enerjiyə fizioloji tələbat normaları (sutkalıq)

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...