Eklampsiyanın gedişi


Eklampsiyanın gedişatı

1-ci dövr: başlanğıc (30 san.)

•  Üz əzələlərinin, daha sonra yuxarı ətrafların  fibrillyar dartınmaları
•  Gözlərin baxışı bir tərəfə fiksasiya olub
•  Bəbəklər genişlənib və göz qapaqlarının altına gedir, göz ağı görünür
•  Boyun gərgindir
•  Vidaci venalar şişir
•  Trizm (xəstə dilini dişləyə bilər)

2-ci dövr: tonik qıcolmalar (30 san.)

Bütün skelet əzələlərinin başdan, boyundan və yuxarı ətraflardan gövdəyə və qarına yayılan yığılmaları.

•  Baş geriyə qatlanır, bəzən opistotonus müşahidə edilir
•  Tənəffüs dayanır
•  Sianoz sürətlə artır
•  Xəstə huşunu itirir
•  Nəbz praktik olaraq əllənmir

Qısamüddətli olmasına baxmayaraq, bu, ən təhlükəli dövrdür, beyinə qansızmadan qəflətən ölüm baş verə bilər.

3-cü dövr: klonik qıcolmalar (30 san.-2 dəq.)  

  • Bədən əzələlərinin sistemsiz yığılması – yuxarıdan aşağıya inkişaf edir
  • Buna qədər hərəkətsiz, gərgin uzanan xəstə əlləri və ayaqları ilə hərəkət edərək, yataqda çırpınmağa başlayır
  • Tənəffüs hərəkətləri qeyd olunmur
  • Sifət tünd qırmızı-göy rəngdə olur

4-cü dövr:  

  • Qıcolmalar azalır və sona yetir
  • Xəstə xırıltı ilə müşayiət olunan dərin, küylü nəfəs alır
  • Ağızdan köpük gəlir (çox vaxt qanlı)
  • Tənəffüs müntəzəm olmağa başlayır
  • Sianoz azalır
  • Nəbz bərpa olur
  • Bəbəklər tədricən daralır

 

Qıcolmadan sonra koma vəziyyəti yaranır. Hamilənin huşu aydınlaşdıqdan sonra retroqrad amneziya baş verdiyindən, qıcolmanı xatırlamır. Bəzən qadın komadan çıxmadan, növbəti qıcolma başlayır. Bu hal “eklamptik status” adlanır.

 

Eklampsiya

Ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur.

Risk faktorları

Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb olan xəstəliklər üstünlük təşkil edir:

•  Xroniki hipertenziya
•  Şəkərli diabet
•  Damar və birləşdirici toxuma xəstəlikləri
•  Antifosfolipid sindromu
•  Böyrək xəstəlikləri
•  Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının sağlamlıq vəziyyəti ilə əlaqədardır

Hamiləliklə əlaqəli faktorlar

•  Xromosom anomaliyaları

•  Çoxdöllü hamiləlik

•  Oositin donasiyası (sağlam qadın-donordan yumurta hüceyrələrinin alınıb laborator şəraitdə mayalandırılması) və ya donor sperması ilə inseminasiya (köməkedici reproduktiv texnologiya yolu ilə spermanın uşaqlığa yeridilməsi)

•  Dölün anadangəlmə inkişaf qüsurları

•  Hamiləlik zamanı sidik traktı infeksiyaları

Ana ilə əlaqəli faktorlar:

•  Yaşı 35-dən artıq

•  Yaşı 20-dən az

•  Ailə anamnezində preeklampsiya

•  İlk hamiləlik

•  Əvvəlki hamiləlikdə preeklampsiya

•  Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya

•  Stress

Fəsadlar

Ağır preeklampsiyanın və eklampsiyanın mümkün fəsadları:

•  Ağciyərlərin ventilyasiya pozğunluğu

•  DDL sindrom

•  HELLP sindrom

•  Böyrək çatışmazlığı

•  Ağciyər ödemi

•  Böyüklərin kəskin respirator distress sindromu

•  Serebrovaskulyar ağırlaşmalar

•  Ürəkdayanma

•  Ölüm

DDL SİNDROM eklampsiyalı qadınların təqribən 7%-də baş verir. Plasentar hipoperfuziya döl tərəfdən də ağırlaşmalara səbəb olur. Bunlardan:

• dölün bətndaxili tələf olması

• dölün bətndaxili inkişafdan qalması

• perinatal ölüm hallarının artması

Diaqnostika

AT: hamiləliyin 20 həftəsindən etibarən sistolik 140 mm.c.süt.-dan artıq və ya diastolik 90 mm.c.süt.-dan artıq

Proteinuriya: 0,3 q və ya çox/24 saatlıq sidikdə

Ağır preeklampsiya

AT: SAT 160 mm.c.süt. və ya artıq və DAT 110 mm.c.süt. və ya artıq – hamilə qadının yataq şəraitində olduğu 6 saat müddətində azı 2 dəfə qeyd olunursa

Proteinuriya: 5 q və ya çox/24 saatlıq sidik müayinəsində və ya 3+ sidikdə zülalın təyini testində – 4 saat müddətində götürülmüş sidikdə olan göstəricisi

Başqa əlamətlər: oliquriya (< 500ml/24 saat və ya < 30 ml/saat), plazmada kreatinin > 1,2 mq/dl, baş ağrısı, serebral və visual pozğunluqlar, sianoz, ağciyər ödemi, mədə nahiyəsində ağrı, göz dibinə ekssudasiya və qansızma, qaraciyər funksiyasının pozğunluqları, trombositopeniya, dölün bətndaxili inkişafının ləngiməsi

*Preeklampsiya diaqnozu qoyulması üçün hipertenziya ilə proteinuriyanın birgə müşahidəsi mütləqdir. Ödemlərin əmələ gəlməsi və artması ağır preeklampsiyaların mövcudluğunu və ya ağırlıq dərəcəsini əks etdirmir. Laborator müayinələr ağır preeklampsiyaların idarə edilməsində dəyərli olsa da, bu günə qədər proqnostik cəhətdən etibarlı test yoxdur.

Hamilə qadınlarda hipertenziyanın differensiasiyasının alqoritmi

551

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...