Çanaq orqanlarının iltihab xəstəliyi


Çanaq orqanlarınınm iltihab xəstəliyi (ÇOİX) qadın reproduktiv orqanlarının infeksiyalaşmasıdır vəəksər hallarda cinsi yolla yoluxan infeksiyaların (xlamidiya, qonoreya) ciddi fəsadlarından biridir. Bu zaman qadının uşaqlığında, yumurtalığında və ya  fallop borularında dönməz dəyişikliklər baş verə və bunlar sonsuzluqla nəticələnə bilər. Digər cinsi yolla yoluxmayan  infeksiyalar da ÇOİX-yə səbəb ola bilər.

ÇOİX hallarında müşahidə oluna bilən əlamətlər

-      Qarının aşağı hissələrində ağrılar

-      Qeyri-adi xoşagəlməz iyli vaginal ifrazat

-      Qeyri-müntəzəm menstrual qanaxmalar

-      Cinsi əlaqə zamanı ağrı

-      Qızdırma və ya yüksək hərarət

-      Sidik ifrazı zamanı ağrı, göynəmə və ya diskomfort 

Bir çox hallarda ÇOİX yüngül və ya əlamətsiz də keçə bilər.

Risk faktorları

-    Müalicə olunmamış cinsi yolla yoluxan infeksiyalar (CYYİ)

-    Cinsi partnyorların sayının birdən çox olması (infeksiya riskini artırır)

-    Əvvələr keçirilmiş ÇOİX (anamnezdə)

-    Cinsi aktivliyi olan və yaşı 25-dən az olan qadınlar

-    Uşaqlıq yolunun müntəzəm sürətli su axını və ya şırınqa ilə yuyulması (“sprinsovka”) çox vaxt əsas xəstəliyin klinik əlamətlərinin gec aşkar edilməsinə səbəb olur

-    Yaxınlarda kontrasepsiya məqsədi ilə uşaqlıqdaxili vasitənin (UDV, spiral) yeridilməsi

ÇOİX-nin fəsadları

• İltihab nəticəsində yaranan çapıq toxuma uşaqlıq borularının mənfəzini bağlamış olur.

• Uşaqlıqdan kənar hamiləlik qadının həyatı üçün ciddi təhlükə yaradır və bir çox hallarda güclü qanaxmaya səbəb ola bilər. Uşaqlıqdan kənar hamiləlik hallarında təcili cərrahi əməliyyatın aparılması tələb olunur.

• Sonsuzluq - ÇOİX-nin müalicəsi gecikdirildikdə və ya aparılmadıqda sonsuzluq riski kəskin dərəcədə artır.

• Xronik çanaq ağrıları – cinsi əlaqə və ovulyasiya zamanı ağrılar aylarla və ya illərlə davam edə bilər.

Diaqnostika

ÇOİX-nə şübhə yarandıqda mümkün qədər tez bir zamanda həkimə (terapevt, ailə həkimi və ya ginekoloq) müraciət edilməlidir.

ÇOİX-nə şübhə olduqda həkim mütləq şəkildə aşağıdakı müayinələrin aparılmasını təmin edir: ginekoloji müayinə, ifrazatın mikroskopik müayinəsi, infeksiyanın təsdiq edilməsi  üçün qan analizləri və canaq orqanlarının USM-i .

Müalicə

• Erkən aşkar olunduqda ÇOİX-in müvafiq antibakterial preparatlarla (antibiotiklər) effektiv müalicəsi mümkündür.

• Müalicə kursu mütləq başa çatdırılmalıdır və hətta yaxşılaşma qeyd edildikdə belə yarımçıq dayandırılmamalıdır.

• Cinsi partnyor(lar) da mütləq müayinə və müalicə olunmalıdır.

• Müalicə zamanı, habelə müalicə bitdikdən sonra təkrar təyin eidlmiş laborator analizlər tam sağalmanı göstərənə qədər cinsi əlaqədən  çəkinmək məsləhət görülür.

• Qeyd edilməlidir ki, bir sıra cinsi yolla yoluxan xəstəliklərə dair Səhiyyə Nazirliyinin müvafiq mərkəzlərinə həkim tərəfindən məlumat verilməlidir. Bu əhalinin həmin infeksiyalara yoluxmasının qarşısının alınmasında mühüm addımdır.

Profilaktika

• Təhlükəsiz cinsi əlaqə prinsiplərinə riayət etmək (monoqam və ya bir cinsi partnyor ilə cinsi münasibətlər, lateksdən hazırlanmış prezervativlərdən düzgün istifadə)

• ÇOİX-yə və ya hansısa bir cinsi yolla yoluxan xəstəliyə şübhə yarandıqda həkimə müraciət etmək və diaqnoz təsdiq edildikdə müvafiq müalicə almaq

• Mütəmadi ginekoloji müayinədən keçmək

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...