Astma xəstələri nəyi bilməlidir?


Bunlardan çəkinməlisiniz:

•  tütünçəkmədən
•  passiv tütünç
əkmədən
• istehsalatda istifad
ə olunan plastmas əşyaların hazırlanmasında tətbiq olunan kimyəvi tərkiblər, aromatik aminlər kimi zəhərli maddələrlə təmasdan

Ürək xəstəliklərinin müalicəsində istifadə olunan və aspirin kimi dərmanları qəbul etməzdən qabaq həkim - allerqoloqla məsləhətləşin.

Müalicəyə riayət etməklə nail olursunuz:

  • normal sosial aktivliyə
  • fiziki əməklə məşğul olmağa
  • idmanla məşğul olmağa və nəticədə həyat keyfiyyətini yaxşılaşdırmağa 
  • Həkimə xəstəliyinizin gedişatına mane olan amillər barədə məlumat verin. Məsələn, aybaşı, alkoqol qəbulu və s. Ətraf mühitin allergenləri bronxial astmanın əmələ gəlməsi və simptomlarının ağırlaşmasına səbəb olduğundan onları məişətdən uzaqlaşdırın.

Allergenlərdən və çirkləndirici maddələrdən ən çox yayılanları bunlar hesab olunur:

 

    • yataq gənəsi
    • heyvanların tükü, xəzi
    • məişət sobalarının tüstüsü
    • tarakanlar
    • bitki tozcuqları
    • kif göbələyi

 

Yataq gənəsi ev tozunun əsas komponentidir. Onlar allergik astmanın əmələ gəlməsində mühüm rol oynayırlar. Döşəklərdə, yorğanlarda, xalçalarda, yumşaq mebeldə, pərdələrdə aşkar edilir.

Yataq gənəsi allergenlərinin təsirinin azaldılması üçün tədbirlər:

 

  • döşəklər, yastıqlar və yorğanlar sintetik materialdan (sintepon) olmalıdır
  • yataq dəstlərini həftəlik qaynar suda (55-60°C) yuyun
  • xalça və xalça örtüklərini linoleum və ya taxta döşəmələrlə (parket) əvəz edin
  • xalçaları akarisid və ya tanin turşusu ilə silin
  • imkan daxilində parça üzlüklü mebeli dəri mebellə əvəz edin
  • toz yığan əşya, kitab və paltarları bağlı şkafda saxlayın
  • parça örtüklü mebeli tozsoranla təmizləyin
  • HEPA-filtrli (hissəciklərin  yüksək keyfiyyətli saxlanılması) və divarları qalın olan tozsoranlardan istifadə edin
  • otaqlarda havatəmizləyici aparat quraşdırın
  • qalın pərdələri jalüz və ya asan yuyulan pərdələrlə əvəz edin
  • yumşaq oyuncaqları isti suda yuyun və ya vaxtaşırı dondurun

 

Bronxial astma xəstələrinə ev heyvanı saxlamaq məsləhət deyil!

Xəstəliyin kəskinləşmə dövründə bronxial astma xəstələri üçün məqsədəuyğundur:

•  intensiv fiziki aktivlikdən çəkinmək
•  tütünç
əkmədən və tütün çəkilən yerlərdən uzaq olmaq
•  toz v
ə başqa qıcıqlandırıcı faktorlardan kənar olmaq
 tənəffüs yolları xəstəlikləri olanlarla əlaqədən çəkinmək
•  t
əmiz ev şəraitində olmaq

Allergik astmalı xəstələrə bahar fəslində təbiətlə təmasda çox olmaq məsləhət deyil.

Qida məhdudiyyəti

Dərman və qida maddələri üçün istifadə olunan konservantlar, yarımfabrikatlar, günəbaxan tumu, krevet, meyvə qurusu, qazlı su, pivə və çaxır çox vaxt bronxial astmanın ağırlaşmalarını törədir.

Vaksinasiya - yüngül və ağır formalı bronxial astma xəstələrinin hər il qrip əleyhinə peyvənd olunmaları məsləhətdir!

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...