TƏHLÜKƏSİZ DAVRANIŞ CİNSİ YOLLA YOLUXAN İNFEKSİYALARIN PROFİLAKTİKASININ ƏSASIDIR!
İnsanın cinsi kontaktlar zamanı yoluxa biləcəyi xəstəliklər mövcuddur. Bunlar qısaca olaraq CYYİ adlanır - Cinsi Yolla Yoluxan İnfeksiyalar. CYYİ qrupuna 20-dən çox xəstəlik daxildir və onların əksəriyyətinin əlamətləri oxşardır.
Ən çox tanınan və geniş yayılan CYYİ: Sifilis, Qonoreya, Trixomoniaz, Xlamidioz, Mikoplazmoz, Ureaplazmoz, Bakterial vaginoz, Genital herpes
Yadda saxlayın!
CYYİ-dən özbaşına müalicə mümkün deyil!
CYYİ zamanı orqanizmdə özbaşına sağalma getmir. Əgər bir müddətdən sonra əlamətlər yox olursa, bu, xəstəliyin gizli formaya keçməsi deməkdir və müalicə olunmazsa, o, ciddi fəsadlar yarada bilər! Müalicəyə nə qədər tez başlansa, nəticə də bir o qədər effektli olar.
CYYİ-nin çoxu anadan uşağa ötürülür, hamiləliyin gedişinin ağırlaşdırır.
Özünüzü və yaxınlarınızı cinsi yolla yoluxan infeksiyalardan qoruyun!
CYYİ sonsuzluğun qarşısı alına bilinən əsas səbəblərindəndir.
Mualicə olunmadıqda, CYYİ reproduktiv sağlamlıqda, ana va uşaq sağlamlığında ciddi mənfi nəticələrə gətirib çıxara bilər.
HƏR İL DÜNYADA 15-49 yaşlar arasında 448 000 000 hall qeyd olunur.
CYYİ-dən YENİ SAĞALMA HALLARI QEYDƏ ALINIR
(SİİiLİS, QONOREYA, XLAMİDİOZ, TRİXOMONİAZ)
Zöhrəvi xəstəliklərin əsas ötürülmə yolu cinsi yoldur.
Digər yoluxma yolları: məişət-kontakt, bətndaxili və qan vasitəsi ilə.
İnfeksiyanın ilk əlamətləri:
- sidik-cinsiyyət yollarından ifrazat
- dəridə və ya cinsiyyət orqanlarının selikli qişasında xırda çatlar, xoralar, qızartı
- sidik ifrazı zamanı göynəmə və ya yandırrna
- qadınlarda qarının aşağı hissəsində və bel nahiyəsində ağrılar
- kişilərdə xayalıqda və ya aralıq nahiyəsində ağrılar
İnsan papilloma virusunun bəzi növləri qadınlarda cinsiyyət orqanlarının xərçəng xəstəliyinə gətirib çıxara bilər.
CYYİ-nin profilaktikasında ən etibarlı tədbirlər prezervativlərdən istifadə və CYYİ-yə müntəzəm müayinədir.