İnfarkt və İnsultun profilaktikası


İnsult nə üçün təhlükəlidir?

Beyin qan dövranının pozulması ciddi problemdir. Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə problemlidir. Statistikaya görə, buna nail olan pasiyentlər cəmi 30% təşkil edir. Ən pis nəticə isə odur ki, insanın hərəkətində, nitqində, çanaq orqanlarının funksiyalarında kobud pozulmalar olur və uzun illər o, iflic vəziyyətində qalır. Belə vəziyyət nəinki xəstəyə, həmçinin onun ailəsinə də böyük narahatlıqlar və problemlər yaradır.

İnsultun əlamətləri:

  • Hərəkətin kəskin pozulması (əsasən bədənin yarı hissəsində)

  • Mimikada pozulma

  • Nitqdə pozulma

  • Görmədə kəskin pozulmalar

Yadda saxlayın, insultun qarşısını almaq daha asandır, nəinki onu müalicə etmək! Hipertoniyanı, lipid mübadilənin pozulmasını, şəkərli diabeti müalicə etmək daha asandır, nəinki insultu!

Ümidverici fakt odur ki, vaxtından əvvəl infarkt və insultların 80%-nin qarşısını almaq mümkündür. Bu işdə əsas profilaktika tədbirləri – düzgün qidalanma, müntəzəm fiziki aktivlik və tütün məhsullarından çəkinmək önəmlidir.

Düzgün qidalanma rasionuna əməl etməklə, yəni duz, şəkər və yağlardan məhdud şəkildə istifadə etməklə, çoxlu meyvə-tərəvəz qəbul etmək, yağsız ət, balıq və paxlalılarla qidalanmaq ürək-damar sisteminin sağlam qalması üçün çox əhəmiyyətlidir.

Müntəzəm fiziki aktivliklə hər gün ən azı yarım saat, həftədə isə bir neçə gün ərzində bir saat məşğul olmaqla sağlam çəkini qorumaq və ürək-damar sistemini sağlam vəziyyətdə saxlamaq mümkündür.

Tütünün istifadəsindən çəkinmək. Tütünün hər bir növü: siqaret, siqar, qəlyan və s. sağlamlıq üçün zərərlidir. Passiv tütünçəkmə də həmçinin təhlükəlidir. Tütün məhsullarının istifadəsindən çəkindikdən dərhal sonra infarkt və insultun inkişaf riski azalmağa başlayır, 1 ildən sonra isə bu risk 50%-ə qədər enir.

Ürək-damar xəstəliklərinin inkişaf riskini yoxlamaq və nəzarətdə saxlamaq məqsədilə vacibdir:

  • Qan təzyiqinizi bilmək. Yüksək qan təzyiqi, adətən, hər hansı əlamətlə müşayiət olunmur, lakin qəflətən baş verən insulta və ya infarkta gətirib çıxara bilir. Qan təzyiqinizi yoxlayın.

  • Qanda şəkərin səviyyəsini bilmək. Qanda qlükozanın artıq miqdarı (diabet) infarkt və insultların inkişaf riskini artırır. Sizdə diabet varsa, bu riskin minimuma çatdırılması üçün qan təzyiqinizə və qanda şəkərin səviyyəsinə nəzarət etməyiniz vacibdir.

  • Qanda lipidlərin səviyyəsini bilmək. Lipidlər – orqanizmdə enerji mənbəyi rolu oynayan yağlar və yağlı maddələrdir. Qanda yüksək miqdarda xolesterin infarkt və insultların inkişaf riskini artırır. Sağlam qidalanmanın və ehtiyac olduqda müvafiq dərmanların köməyilə qanda xolesterinin səviyyəsini nəzarətdə saxlamaq lazımdır.

İnsultdan dəqiq şübhələnməyə imkan verən adi test:

  • Xəstədən hər iki əlini yuxarı qaldırmağı xahiş edin. İnsult zamanı bu, alınmır – bir əli yuxarı qaldırmaq mümkün olmur.

  • Xəstədən gülümsəməyi xahiş edin. Gülümsəməyə cəhd etdikdə üzdə assimetriya görünür və ağız bucağı əyilmiş olur.

  • Sadə söz birləşməsini təkrar etməyi xahiş edin. İnsultlu xəstələrin əksəriyyətində danışıq funksiyası pozulur.

Kimdəsə insultun olmasına şübhəniz yaransa, dərhal təcili yardım çağırın. Trombu əritmək üçün görüləcək tədbirlərə cəmi 3,5 saat vaxtınız vardır (yaranmış tromb baş beyin arteriyalarına qanın getməsinin qarşısını kəsir və bununla da beynin hər hansı bir şöbəsinin ölümünə səbəb olur).

İnsult baş verdikdən sonra nə etməli?

İnsult keçirmiş xəstənin qəbul etdiyi çox sayda dərman preparatları reabilitasiya, müalicəvi bədən tərbiyəsi və loqoped məşğələləri ilə müqayisədə o qədər də yararlı hesab edilmir. İnsult keçirən xəstə ilə sonrakı iş prosesində həkimin əsas səyləri təkrar insultun profilaktikası istiqamətinə yönəldilməlidir:

  • Hipertoniyanın müalicəsinə

  • Xolesterinin səviyyəsinin aşağı salınmasına

  • Trombun yaranmasına təsir edən preparatların təyin olunmasına

Miokard infarktı

Yüksək təzyiq damarların divarını zədələməklə damarların daxili qatının (endotelin) funksiyasının pozulmasını yaradır. Zədələnmiş endotelə xolesterin toplanır və bu da damarları daraldır. Bu proses “ateroskleroz” adlanır. Damarda toplanmış xolesterindən ibarət “düyün” artdıqca qan dövranı pozulur və nəticədə stenokardiya yaranır.

Ən xoşagəlməz hal o zaman meydana çıxır ki, məsələn, hipertonik kriz fonunda koronar arteriyadakı “aterosklerotik düyün” partlayır və bu yerə trombositlər “istiqamət almağa” başlayır. Tromb yaranır, buraya qan axını tamamilə dayanır və bu da nəticədə ürək əzələsinin məhvinə gətirib çıxarır.

Miokard infarktı ən çox hallarda kürək arxasında həddən artıq güclü ağrılarla (çiyinlərə, boyuna və çənənin alt hissəsinə yayılan) müşayiət olunur. 

Miokard infarktına şübhə yarandıqda növbəti davranış qaydaları:

  1. Ləngimədən “Təcili yardım” çağırın. Ağrıların başladığı andan trombla tutulmuş arteriyadakı qan axınının bərpa olunana qədərki ən optimal vaxt müddəti 90 dəqiqədən artıq deyil.

  2. Pasiyentə çeynəmək üçün böyük aspirin tableti (500 mq) verin. Evinizdə yalnız kardioloji (aşağı dozalı) aspirin (kardiomaqnil 75 mq və ya trombo-ASS 100 mq) varsa, bu zaman 4 tableti bir yerdə çeynəmək lazımdır. Bu, tromboz zonasına yönəlmiş trombositləri “itələyib yol açmaq üçün” vacibdir, çünki aspirində trombositlərin aqreqasiyasının (yapışmasının) qarşısını alma xüsusiyyəti vardır.

  3. Evdə olan bütün kardioqram göstəricilərini toplayın. Bunlar həkimə vəziyyəti tez qiymətləndirməkdə kömək edər.

Proqnoz pasiyentin xəstəxanaya nə dərəcədə tez çatdırılmasından asılıdır. 

Nəyi etmək lazım deyil?

  • “Bir qədər dözüm və hər şey ötüb keçəcək” kimi fikirlər, ovucla ağrıkəsicilər qəbul etmək

  • Pasiyentin sükan arxasına oturub yaxınlıqda yerləşən poliklinikaya və ya xəstəxanaya getməsi

İnfarktdan sonra

Miokard infarktı keçirmiş pasiyent xəstəxanadan evə yazıldıqdan sonra növbəti qaydalara əməl etməlidir:

  • Siqaret çəkməməli. “Həyəcan siqnalı” artıq verilmişdir.

  • Xolesterini aşağı salmaq. “Ətdən balığa doğru” prinsipi üzrə qidalanma, həmçinin yüksək dozalı statinlərin (xolesterini aşağı salan dərmanlar) qəbulu. İnfarktdan sonra pasiyentlərdə xolesterinin səviyyəsi “aşağı səviyyədən də aşağı” olmalıdır (<1,8mmol/l ).

  • Trombositlərin yapışmasının qarşısını alan iki preparatı (aspirin və klopidoqrel) 12 ay ərzində, sonradan isə aspirini bütün ömrü boyu qəbul etmək.

  • Təzyiqi aşağı salmaq. Həkim arterial təzyiqi <140/90 mm c.s. səviyyəsində saxlamaq üçün preparatlar məsləhət görəcəkdir.

Miokard infarktı keçirmiş pasiyent düzgün müalicə alırsa və həkimin məsləhətlərinə müntəzəm riayət edirsə, ona:

  • İşə və aktiv həyat tərzinə qayıtmağa

  • Təyyarə ilə uçmaq və səyahət etməyə

  • Aktiv cinsi həyat tərzi aparmağa icazə verilir.

Bir sözlə, xəstələrin əksəriyyəti üçün miokard infarktı “hökm” deyil, ürək və damarların diqqətli yanaşma tələb etdiyini düşündürən ciddi siqnaldır.

İlk dəqiqələrdə yardım göstərilməzsə, 10 haldan 9-da insan kəskin infarktdan vəfat edir. Bəzən olur ki, ürək tutmaları bağda və ya istirahət yerlərində baş verir. Ürəkdə ağrılar başlayıbsa, lakin yaxınlıqda heç kim və hətta dərman da yoxdursa, bu halda nə etməli?

Ürək tutması zamanı həyatı dərmansız xilas etmək üçün 3 qayda

Ürək tutmasını necəəyyən etmək olar?

Ürək adi qaydada olduğundan fərqli şəkildə birdən-birə döyünməyə başlayır: ya həddən artıq gurultulu və qeyri-müntəzəm (“gah vurur, gah vurmur”), ya da həddən artıq tez-tez (taxikardiya). Döş qəfəsində ağırlıq hissi, bədənin sol tərəfində ağrı (kürəkaltı, döş qəfəsi arxasında olub çənənin sol tərəfinə yayılan) ola bilər. Nəfəsalma, xüsusən də tam nəfəsvermə çətinləşir.

1. Təlaşa düşməyin, tez hərəkət edin. Huşunuzu itirə biləcəyiniz vaxta qədər sizin tam 20-30 saniyə zamanınız vardır.

2. Öskürməyə başlayın – çoxlu sayda və çox böyük qüvvə ilə. Hər dəfə öskürməzdən əvvəl dərindən nəfəs alın. Öskürək dərin və davamlı olmalıdır, sanki döş qəfəsinin dərinliyindən bəəmi çıxarmağa çalışırsınız kimi.

3. Bir daha: dərin nəfəsalma, nəfəsvermədə öskürək. Bu, ürəyi oksigenlə doydurmağa və ürək ritmini bərpa etməyə kömək edir. Öskürək dərindən nəfəsalma və nəfəsvermədə hər 2 saniyədən bir dayanmadan fasiləsiz edilməli və tibbi yardımın gəlişinə qədər təkrar olunmalıdır.

Dərin nəfəsalma oksigenin ağciyərlərə keçməsinə imkan yaradır, öskürək hərəkətləri isə ürəyi “sıxır” və qanı dövretməyə məcbur edir. Ürəkdəki bu təzyiq həmçinin onun normal ritmə düşməsinə də kömək edir.

Kardioloqun şərhi

Ürək tutması zamanı ən çox rast gəlinən əlamət döş qəfəsi arxası nahiyədə olan ağrının əl və çənəyə yayılmasıdır. Bəzən boğulma hissi də meydana çıxa bilər. Bu vəziyyətdə nə etməli? O dəqiqə nitroqliserin, hökmən də aspirin (çeynəmək!) verilməlidir və dərhal “Təcili yardım” çağırılmalıdır.

Beş dəqiqədən sonra ağrı sindromu keçmirsə, təkrar olaraq, nitroqliserin və aspirin tableti verilməlidir. Yalnız iki halda aspirin əks-göstərişdir: aspirinə qarşı allergiya (aspirin astması) olduqda və ya güclü qanaxma olduqda (məsələn, xoralarda). 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...