Autizm


Autizm nədir?

Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir.

Autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir. Lakin bu, qızlarda daha ağır formada özünü göstərir.

Autizmin uşaqda özünü göstərən tipik əlamətləri:

  • Göz təması məhduddur və ya yoxdur.

  • Ətrafa laqeyddir.

  • Adına reaksiya vermir.

  • Çox hərəkətli və ya hərəkətsiz ola bilər.

  • Bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir.

  • Əksər hallarda insanları deyil, cansız varlıqları seçir.

  • Sosial və psixoloji baxımdan özünü təcrid edir.

  • Barmağı ilə istədiyi şeyi göstərmir.

  • Oyuncaqlarla oynamağı bilmir.

  • Yaşıdlarının oynadığı oyunlara maraq göstərmir.

  • Bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir.

  • Nitqdə yaşıdlarından geridə qalır.

  • Öz bildiyi kimi davranır.

  • Gözləri bir səmtə zillənib qalır.

  • Bəziləri çox inadcıldır.

  • Yemək yemə problemləri olur.

  • Əşyalara lazımsız yerə bağlanır.

  • Səbəbsiz yerə stresli və məyus olur.

Autizmin səbəbləri bəzi genetik xəstəliklər, doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı faktorlar, ana bətnində keçirilən qızılca ola bilər. Lakin autizm tək bir səbəbdən deyil, bir neçə faktorun bir araya gəlməsi nəticəsində meydana çıxır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilmişdir.

Ümumdünya Autizm Günü

2 aprel tarixi BMT tərəfindən Ümumdünya Autizm Günü kimi qəbul edildikdən sonra dünyaca məşhur “Autism speaks” cəmiyyəti həmin günlə əlaqədar “Light it up Blue” (“Mavi İşıqla İşıqlandır”) layihəsini həyata keçirir. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rəngdə işıqlanaraq 2 aprel tarixinin Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır. Məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. İlk dəfə 2010-cu ildə ABŞ-da həyata keçirilən “Mavi İşıqla İşıqlandır” layihəsi hazırda 6 qitə, 136 ölkə və 600 şəhəri əhatə edir.

Azərbaycan bu layihəyə 2012-ci ildə Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Ümumdünya Autizm Günündə qoşulub. Həmin gün Bakının ən nəzərəçarpan binalarından biri – Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılıb. Həmin vaxtdan etibarən hər il Ümumdünya Autizm Günündə Bakının ən ecazkar binaları ənənəvi olaraq mavi işığa bürünür, bununla da insanlar autizm xəstəliyi haqqında məlumatlandırılır.

Ümumdünya Autizm Günü ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. “Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində Bakıda silsilə tədbirlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi də əhali arasında autizmlə əlaqədar maarifləndirmənin gücləndirilməsində fəal iştirak edir.

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...