Böyrək xəstəliklərinin profilaktikası (uşaqlarda)


Uşaqlarda böyrək xəstəliklərinin profilaktikası

Orqanizmin “daxili mühiti”nin sabit saxlanmasında böyrəklər vacib rol oynayır. Dölün artıq 3-4 həftəsində böyrəklər fəaliyyət göstərməyə başlayırlar. Döldə sidik ifraz etmə bətndaxili inkişafın 9-cu həftəsində qeyd olunur. Döl doğulduğu andan başlayaraq isə böyrəklər orqanizmin maddələr mübadiləsi məhsullarını kənar edən əsas orqana çevrilir.

Böyrəklər sutka ərzində özündən qanı dəfələrlə keçirməklə orqanizmin yad və toksiki maddələrdən, şlaklardan azad olmasında iştirak edir, su-duz və turşu balansını, arterial təzyiqi, immunoloji vəziyyəti sabit saxlayır.

Böyrəklərin bütün xəstəliklərini 2 əsas qrupa bölmək olar: anadangəlmə (genetik) və qazanılmış.

Profilaktik tədbirlərə hamiləliyin erkən vaxtlarından xüsusi diqqət ayrılmalıdır. Sidik sistemi orqanları düzgün formalaşmadıqda sonradan patoloji proseslər meydana çıxır. Yenidoğulma dövrünün, südəmər dövrün, məktəbəqədər və erkən məktəb yaşı dövrlərinin də həmçinin uşağın düzgün inkişaf etməsində böyük əhəmiyyəti vardır.

Böyrək xəstəliklərinin inkişafına müxtəlif virus xəstəlikləri təsir göstərir. Belə xəstəliklərin erkən aşkar olunması və müalicəsi, həmçinin vaksinasiya vacibdir.

Son vaxtlar ətraf mühitin ağır metallarla, radionuklidlərlə, kimyəvi maddələrlə ekoloji çirklənməsi nəticəsində böyrəklərdə yeni xəstəliklər əmələ gəlir. Ağır metalların göstəricisi yüksək olan regionlarda yaşayan uşaqlara profilaktik tədbirlər kursunun aparılması məsləhət görülür. Bu tədbirlərə aiddir: su qəbulunu çoxaltmaq, kartof-kələm pəhrizi, antioksidantların qəbulu kursu və vitamin müalicəsi.

İmmunitetin aşağı olduğu halda və disbakterioz zamanı müvafiq müalicə aparılır. Çünki bu hallar müxtəlif xəstəliklərin həmçinin nefropatiyaların (mübadilə, immun və ya mikrob-iltihab xarakterli) yaranmasına gətirib çıxara bilər.

Yüksək və aşağı arterial təzyiq böyrək xəstəliklərinə işarə ola bilər.

Alkoqol qəbul edən və narkotiklər istifadə edən valideynlərdən dünyaya gələn uşaqlarda da böyrək xəstəlikləri halları müşahidə edilir.

Böyrəklərin və sidik yollarının profilaktikası və patologiyalarının vaxtında aşkar olunması üçün vacibdir:

 

  • Döldə böyrəklərin vəziyyətinin erkən diaqnostikası (hamiləliyin 20-ci həftəsindən başlayaraq)

  • İnfeksiya ocaqlarının vaxtında müalicəsi

  • Virus xəstəliklərindən əziyyət çəkən xəstələrlə kontaktdan maksimal dərəcədə çəkinmək

  • Orqanizmin soyuqlamasına yol verməmək

  • Valideynlərdə, bacı və qardaşlarda genetik xəstəliklər varsa, bu barədə həkimə vaxtında xəbər vermək. Anada böyrək xəstəliklərinin olması – uşaqda böyrək xəstəliklərinin inkişafı üçün böyük risk faktorudur.

  • Həyat rejiminin təşkili və fiziki yükün düzgün seçimi

  • Qida prioritetlərinin uşaqda tərbiyə olunması (yeməkdə duzun, konservlərin, qızardılmış və hisə verilmiş qidanın az istifadəsi)

  • Vaxtaşırı dispanserizasiyadan keçmək (böyrək funksiyalarının vəziyyətinə nəzarəti həyata keçirmək)

Böyrəklərin, sidik yollarının müxtəlif xəstəlikləri zamanı həkim tərəfindən uyğun pəhriz təyin olunur. Bununla yanaşı, böyrəklərin hər bir xəstəliklərində meyvə - tərəvəzlərdən: xiyar, balqabaq, kələm, şirin bibər, qarpız, yemiş, alma, armud, qaysı qurusu, gavalı qurusu, göyərtilərdən: cəfəri, şüyüd, kərəviz, mərsin yarpaqlarından və itburnu giləmeyvələrindən dəmləmələr xeyirlidir.

Həmçinin uşağın yaşına uyğun su rejiminə riayət etməsi çox vacibdir.

Böyrək xəstəliklərinin profilaktikası müalicədən azad olunmaqda vacib məsələdir. Xəstəliklərin səbəbləri eyni olmadığı üçün profilaktika da müxtəlif ola bilər. 

Əsas istiqamətlər aşağıdakılardır:

 

Möhkəmləndirmə tədbirləri – xəstəliklərin profilaktikasının əsasıdır. Belə tədbirlər orqanizmin ətraf mühitin xoşagəlməz təsirlərinə, qrip və digər xəstəliklərə qarşı mübarizədə davamlılığını artırır. Erkən yaşdan uşaqları bədən tərbiyəsinə və su prosedurlarına öyrəşdirmək vacibdir.

Angina və infeksiyalar böyrəklərin bir nömrəli düşmənidir.

Uşaqları streptokokk infeksiyalı xəstələrlə (angina, skarlatina, qızıl yel) kontaktdan qorumaq vacibdir. Çünki böyrəklərdə ən çox rast gəlinən xəstəliklərin (xüsusən qlomerulonefritin) əsas səbəblərindən biri məhz bu infeksiyadır.

Angina zamanı antibiotiklər (həkim tərəfindən təyin olunmuş) və ya sulfanilamidləri 5-7 gün ərzində yataq rejimində qəbul etmək, xəstəlik başlayandan sonra 10-20-ci gün sidiyin analizi xüsusən vacibdir (yarana bilən böyrək xəstəliklərini nəzərdən qaçırmamaq məqsədilə). Anginadan və ya yuxarı tənəffüs yollarının katarından sonrakı dövr müddətində xəstələr soyuqlamadan, artıq fiziki yükdən, əqli gərginlikdən uzaq olmalıdırlar. 

Profilaktika

 

Nefritlərin profilaktikası və onların sonradan xroniki xəstəliyə keçməsinin qarşısının alınmasında damaq badamcıqlarının infeksiyaları ilə mübarizə böyük yer tutur. Bu yanaşmada xroniki tonzillitin həm dərman müalicəsinin (badamcıqların yuyulması və dərman yeridilməsi), həm də cərrahi müalicəsinin (həkim-otolorinqoloqun qərarı ilə badamcıqların kəsilməsi əməliyyatı) xüsusi yeri vardır.

Böyrəklərin amiloidozunun (zülal mübadiləsinin pozulması ilə yaranan proses) baş verməməsi məqsədilə vərəm, sifilis kimi xəstəliklərə, ağciyərlərdə və sümüklərdə gedən xroniki irinli proseslərə qarşı planlı şəkildə mübarizə aparmaq vacibdir. 

Böyrəklərin iltihabının profilaktikasında prostatitin müalicəsi

 

Prostat vəzi böyüdükdə sidik kanalına təzyiq edib sidik kisəsində durğunluq yaradır, bu zaman normal sidik ifrazı prosesi pozulur və bununla da sidik kisəsinin infeksiyalaşmasına və infeksiyanın böyrəklərə keçməsinə imkan yaranır.

Anatonik xüsusiyyətlərə görə infeksiya kiçik qızlarda da böyrəklərə ən çox qalxan yolla daxil olur. Böyrək xəstəliklərinin profilaktikası məqsədilə onların gigiyenaya (cinsiyyət orqanlarının hər gün yuyulmasına) ciddi riayət etmələri çox vacibdir. Qadınlarda çox vaxt hamiləlik zamanı böyrəklərdə infeksion prosesin inkişafına əlverişli mühit yaranır. Buna görə də hamiləlik zamanı cinsiyyət orqanlarının gigiyenası və sidiyin kontrol müayinələri böyük məna daşıyır.

Böyrək xəstəliklərinin fərdi və ya şəxsi profilaktikasına bir sıra məsələlər daxildir:

  • Böyrəklərin sağlamlığının uşaq və gənc yaşlarda qorunması

  • Peşə zərərlərindən müdafiə (məs.: güclü yelçəkənlərdən və ya kimyəvi amillərdən)

  • Zərərli vərdişlərlə mübarizə (tütünçəkmə, spirtli içkilər)

Böyrəklərin sağlam olması üçün xüsusən uşaq yaşlarında soyuğun təsirindən qaçmaq vacibdir. Soyuq daş üzərində oturmaq, soyuq suda çimmək əks-göstərişdir. Qarşı-qarşıya yerləşən qapı və pəncərələr açıq olduqda birbaşa vuran güclü yelçəkənlərdən qaçmaq lazımdır. Mənzilin havasını düzgün qaydada dəyişmək lazımdır: bir otaqda pəncərəni 15-20 dəqiqə müddətində açıq saxlayın, sonra onu bağlayıb digər otağın pəncərəsini açın.

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...