Hamiləlik zamanı infeksiyaların yoxlanılması (skrininq)


Hamiləlik zamanı infeksiyaların yoxlanılmasına (skrininq) aid müddəalar

Hepatit B, hepatit C, HİV (İİV), sifilis, toksoplazmoz, sitomeqalovirus və məxmərək kimi infeksion xəstəliklərin skrininqi və ya profilaktik yoxlanışı antenatal qulluğun  vacib  məsələlərindən biridir.

1. Hamiləlik zamanı infeksiyaların yoxlanılmasına (skrininq) aid müddəalar.

• Bütün hamilələrə Səhiyyə Nazirliyinin təsdiq etdiyi qaydalara əsasən skrininqdən keçmək həkim tərəfindən təklif olunmalıdır:

- Hamiləliyin əvvəlində və həmçinin lazım gəldikdə təkrarlanmalıdır

- Hamilə yoluxma  riski olduğunu  hesab etdikdə müalicə həkimi ilə məsləhətləşməli və həkimin göndərişi əsasında müvafiq müayinələrdən keçməlidir

• Anamnezində hepatit B, hepatit C, HİV(İİV), toksoplazmoz, sitomeqalovirus və sifilis xəstəliyi  olan və ya  hamiləlik dövründə ilk dəfə aşkar edilmiş hamilə qadınların dərinləşdirilmiş müayinə və müalicəsi, o cümlədən, profilaktik müalicəsi müvafiq mütəxəssislərin cəlb edilməsi ilə aparılmalıdır.

• Hepatit B virusu və məxmərəyə qarşı immuniteti olmayan (əvvəllər vaksin almamış və ya uşaqlıq zamanı vaksinasiya olunmuş lakin hazırda immuniteti zəif olan) qadınların hamiləlikdən  əvvəl məxmərəyə qarşı  peyvənd alması tövsiyə edilir.

• Hepatit B virusuna yoluxmuş və ya qan analizində hepatit B müsbət (+) olan analardan  doğulmuş körpələr Səhiyyə Nazirliyinin təsdiq etdiyi standartlara uyğun peyvənd kursu almalı və müvafiq müalicə kursu keçməlidir.

• İlk dəfə infeksiyaların yoxlanılmasından imtina edən qadınlara müalicə həkimi tərəfindən hər antenatal müayinə zamanı təkrarlanan skrininq təklif olunmalıdır. Ümumiyyətlə, skrininqin hamiləliyin 28-ci həftəsinə qədər aparılması ən optimal hesab olunur.

Azərbaycanda qadınlar ilk dəfə hamiləliyin 12-ci həftəsinə qədər hepatit B, HİV (İİV), sifilis və məxmərəyə görə müayinə olunmalıdırlar; hepatit B və  sifilisə təkrar  müayinə hamiləliyin 34-36-cı həftələrində aparılmalıdır. Qadın və ya onun partnyorunda İİV-ə yoluxmanın risk faktorları olduğu zaman İİV-ə görə təkrar müayinənin bir aydan sonra keçirilməsi tövsiyə olunur. Hepatit C-yə yoxlanma antenatal dövrdə profilaktik müayinənin siyahısına daxil olmasa da, risk faktorları olduqda qadınların hepatit C-yə görə yoxlanması aparıla bilər. 

Hamiləlik zamanı yoxlanılan infeksiyalar, skrininqin mahiyyəti və sonrakı nəzarət

2. Hamiləlik zamanı yoxlanılan infeksiyalar, skrininqin mahiyyəti və sonrakı nəzarəbarədə məlumatlar

 

 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...