Uşaqlıq boynundan yaxmanın mikroskopiyası (Pap-test)


Pap-test və ya uşaqlıq boynundan yaxmanın mikroskopiyası

 

Papanikolau testi və ya Pap-test uşaqlıq boynu və uşaqlıq yolundan götürülmüş hüceyrə nümunələrinin müayinəsindən ibarətdir. Pap-test zamanı adətən uşaqlıq boynunda qeyri-normal hüceyrələr təyin edilir.

Pap-test əsasında histoloq-həkim tərəfindən xüsusi sitoloji rəy verilir. Sitoloji rəy isə toxuma quruluşunu deyil, hüceyrələrin müayinəsinə imkan verir.

Pap-test daha çox yastı hüceyrə karsinomasının aşkar edilməsi üçün yüksək həssaslığa malikdir. Lakin adenokarsinomanın aşkar edilməsində Pap-testin həssaslığı nisbətən aşağıdır.

Uşaqlıq boynu xərçənginə görə skrininq ənənəvi Pap-test və ya maye-əsaslı Pap-test ilə aparıla bilər.

  •  Ənənəvi Pap-test. Ənənəvi Pap-test uşaqlıq yolu və uşaqlıq boynundan xüsusi fırça ilə götürülmüş və laborator əşya şüşəsinə yerləşdirilərək kimyəvi fiksasiya olunmuş hüceyrələrin müayinəsindən ibarətdir. Ənənəvi Pap-test üçün götürülmüş nümunə HPV testi üçün istifadə edilmir. HPV testi üçün uşaqlıq boynundan hüceyrə nümunələri ayrıca götürülməlidir.

  •  Maye-əsaslı Pap-test. Maye-əsaslı (və ya nazik qatlı) sitoloji müayinə üçün hüceyrə nümunəsi yuxarıda təsvir edilmiş metodikaya uyğun götürülür. Lakin götürüldükdən sonra həmin hüceyrələr daşınma üçün maye əsaslı mühitə yerləşdirilir. Laboratoriyaya çatdırıldıqda isə maye-əsaslı mühitə yerləşdirilmiş hüceyrələr nazik qatlarla laborator əşya şüşəsinə müayinə üçün qoyulur. Həmin nümunələrin HPV-yə yoxlanması da mümkündür.

Ənənəvi və maye-əsaslı Pap-test metodikalarını müqayisə edən tədqiqatların təhlili bu iki metodika arasında əhəmiyyətli fərq müəyyən etməmişdir. Maye-əsaslı Pap-test həm hüceyrə nümunəsinin keyfiyyətinə, həm də xərçəng önü halların daha yaxşı aşkar edilməsinə təsir göstərməmişdir. Lakin, qan və ya iltihab səbəbindən mikroskopik görüntünü pisləşdirən bəzi xəstəliklərdə maye-əsaslı sitoloji müayinə daha yaxşı nəticələr verir.

Şəkil 2. Pap-testin aparılmasının sxematik təsviri.

 

Şəkil 3. Əşya şüşəsinə yaxma - etap 1. Şəkil 4. Əşya şüşəsinə yaxma - etap 2.

441

Şəkil 5. Pap-test zamanı götürülmüş yaxmanın mikroskopiyası.

Pap-testin aparılması tezliyi.

Pap-test ilə skrininq hər 3 ildən bir aparılır. Pap-testin hər il aparılması isə uşaqlıq boynu xərçəngi hallarının aşkar edilməsinin yaxşılaşmasına az təsir göstərir. 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...