Anemiya


Anemiyanın səbəbi nədir?

Qanın aşağıdakı səbəblərə görə itirilməsi:

•  parazitlər ( xüsusilə də qansoran parazitlər)

•  bağırsaq qurdları

•  menstruasiya zamanı həddindən artıq qan itirmə

•  mədə yarası və ya vərəm kimi xroniki xəstəliklər

•  qidada dəmirin çatışmazlığı

•  orqanizm tərəfindən qidada olan dəmirin mənimsənilməməsi

Anemiyanın qarşısı necə alına bilər?

•  Hamilələr və körpələr tərkibində dəmir olan həb və ya sirop qəbul etməlidirlər.

•  Dəmirlə zəngin olan qida qəbul edin – misal üçün, tünd yaşıl rəngli tərəvəz (göyərti), ciyər, ət və ya balıq,

•  C vitamini ilə zəngin olan meyvələr.

•  Körpə uşaqlara çay içizdirməyin.

•  Çay və ya qəhvəni xörəklə içməyin.

•  Bağırsaq qurdunun qarşısını alın və müalicə edin.

•  Doğuşlar arasında intervalı artırın.

Anemiya nədir?

Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlər) və ya hemoqlobinin çatışmazlığı ilə müşahidə edilən ciddi xəstəlikdir. Hemoqlobin beyinə, əzələlərə, digər orqanlara oksigeni çatdıran maddədir. Dəmir hemoqlobinin yaradılması üçün zəruridir.

Anemiyanın SİMPTOMLARI hansılardır?

Anemiyanın simptomları aşağıdakılardır:

•  yorğunluq

•  baş ağrıları

•  baş gicəllənməsi

•  iştahsızlıq

•  tez-tez ürək döyüntüləri

•  nəfəsin çatmaması

Anemiya nə üçün TƏHLÜKƏLİDİR?

Anemiya aşağıdakı səbəblərə görə təhlükəlidir:

•  infeksiyalara qarşı müqaviməti azaldır

•  kəskin anemiya ürək çatışmazlığına gətirib çıxara bilər

•  doğuş zamanı son dərəcə güclü qanaxmalar da həyat üçün təhlükəlidir

•  anemiyası olan uşaqlar az çəkili doğulur, digərlərinə nisbətən pis qavrama qabiliyyətli və infeksiyalara qarşı az müqavimətli olurlar

*Qadın hamilədirsə, qanının hemoqlobininin səviyyəsi 11.0 q/dl və ya yuxarı olarsa, normaldır, 10 və 10.9 q/dl arasında olarsa, anemiya yüngül dərəcəlidir.

Anemiyanın aşağıdakı ağırlıq dərəcələrmövcuddur:

Kəskin anemiya:

Sizin qanınızda hemoqlobinin səviyyəsi çox aşağıdır. Siz müalicə üçün dərhal öz həkiminizə və ya tibb müəssisəsinə müraciət etməlisiniz.

Orta dərəcəli anemiya:

Siz anemiyadan müalicə olunmalısınız. Siz tezliklə öz həkiminizə və ya tibb

müəssisəsinə müraciət etməlisiniz.

Yüngül dərəcəli anemiya:

Siz gündəlik yeməyinizdə daha çox dəmirlə zəngin olan qida məhsullarından istifadə etməlisiniz.

Dəmirlə zənginolan qidalar

•  tünd yaşıl rəngli tərəvəz (göyərti)

•  ət, ciyər və ya balıq

Dəmirin yaxşı mənimsənilməsi üçün daha çox C vitamini ilə zəngin olan meyvələr yeyin:

•  portağal

•  limon

•  manqo

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...