QİÇS-lə bağlı testdən keç və təhlükəsiz yaşa!
İİV (HIV, ВИЧ) - İnsanın immunçatışmazlığı virusu
İİV - infeksiyası - İİV-ə yoluxma nəticəsində immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən xroniki infeksion xəstəlikdir
QİÇS (AIDS, СПИД) - Qazanılmış immunçatışmazlığı sindromu - immun sisteminin ağır zədələnməsi ilə səciyyələnən İİV-in son mərhələsidir
İİV infeksiyası ləng infeksiyalara aiddir. İİV insan orqanizmində uzun illər heç bir əlaməti büruzə vermədən daşına bilər. Yoluxma anından xəstəliyin əlamətlərinin özünü göstərməsinə qədər 8-15 il keçə bilər. Xəstəliyin bütün mərhələlərində virus daşıyıcıları başqa insanları yoluxdura bilər. Virus insanın bütün bioloji mayelərində aşkar olunur. İİV insanın immun sisteminə təsir edir, yoluxmuş şəxslər zəif və bütün xəstəliklərə qarşı həssas olurlar, çünki onların orqanizmi xəstəliklərlə mübarizə aparma qabiliyyətini itirir. Buna görə İİV infeksiyasının erkən aşkar olunması insanın vaxtında müalicə almasına və ətrafındakıların yoluxmadan qorunmasına zəmin yaradır. İİV-ə tibbi müayinə olunmaq üçün Könüllü Müayinə və Məsləhət məntəqələrinə müraciət edən hər bir şəxslə müayinədən əvvəl və sonra məsləhətləşmələr aparılır, İİV infeksiyası və ondan qorunma haqqında məlumat verilir.
Bu ünvanlarda yerləşən Könüllü Müayinə və Məsləhət məntəqələrində pulsuz və anonim qaydada İİV-ə tibbi müayinədən keçmək olar:
Müayinə pulsuz və anonimdir
E-mail: [email protected]
www.aids.az
Qaynar xətt:
(012) 408 79 74
(hər gün saat 9:00-dan 21:00-dək)
Respublika QİÇS-lə Mübarizə Mərkəzi
Tel.: (012) 594 99 24 Faks: (012) 594 73 53