Poliomielit


Uşaqlarınızı peyvənd edin!

Sizin uşaqlarınız sağlam böyüməlidirlər!

Poliomielit sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. İnfeksiya mənbəyi xəstə insan və sağlam virus daşıyıcısıdır.

Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə baş verir.

Poliomielitə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər.

Azərbaycan Avropanın digər ölkələri ilə yanaşı 2002-ci ildən poliomielitdən azad ərazi sayılır. Lakin bütün dünyada poliomielit virusu ləğv edilməyənə qədər bu xəstəliyə yoluxma təhlükəsi qalır. Bu təhlükənin qarşısını almaq məqsədilə uşaqlara diri oral poliomielit vaksini (OPV) ilə peyvənd edilməlidir. Peyvənd nəticəsində uşaqlarda poliomielitə qarşı immunitet (xəstəliyə tutulmama qabiliyyəti) yaranır.

Poliomielitin yeganə pofilaktiva yolu peyvənddir!

Azərbaycanda poliomielitə qarşı peyvənd bütün uşaqlara Səhiyyə Nazirliyinin tibb müəssisələrində dövlət hesabına edilir.

Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə güclü əzələ ağrıları və süst ifliclər inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün xüsusi ləvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər.

Poliomielitin diaqnozu

Poliomielitin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur.

Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının (hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları və s.) yüngülləşdirilməsindən ibarətdir.

Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. 

Uyğun fizioterapiya kursu keçmədikdə iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur və belə insanların çoxu iflicdən qalma əlamətlərlə üzləşirlər. Əzələ aktivliyinin bərpası orqanizmin fərdi xüsusiyyət və imkanlarından da asılıdır.

Xəstəlik haqqında əlavə məlumat almaq üçün sahə həkiminə müraciət edə bilərsiniz.

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...