Ürək-damar xəstəliklərinin profilaktikası. Hiperlipidemiyanın idarə olunmasına dair tövsiyələr


Tövsiyə edilən hədəf səviyyə

  • Plazmanın ümumi xolesterini üçün
  • Aşağı və orta riskli pasiyentlərdə aşağı sıxlıqlı lipoproteinlərdə olan xolesterin (XS-ASLP) üçün
  • Ürək-damar xəstəlikləri (ÜDX) riski yüksək olan pasiyentlərdə XS-ASLP-nin hədəf səviyyəsi <2,5 mmol/l (~100 mq/dl-dən az) tövsiyə edilir (A)*
  • ÜDX riski çox yüksək olan pasiyentlərdə tövsiyə edilən XS-ASLP-nin hədəf səviyyəsi <1,8 mmol/l (~70 mq/dl-dən az) və ya hədəf səviyyəyə çatmaq mümkün deyilsə, XS-ASLP >50%-dək azaldılmalıdır (A)*
  • İrsi hiperxolesterinemiyalı bütün pasiyentlər yüksək riskli qrupa aid edilməli və lipidlərin səviyyəsini azaldan terapiya qəbul etməlidirlər (A)*
  • Kəskin koronar sindromu olan pasiyentlərdə yüksək dozada statinlərlə terapiya pasiyentin stasionarda olduğu müddətdə başlanmalıdır (A)*

Qeyri-hemorragik insultun profilaktikası

 

•  Statinlərlə terapiya təsdiq olunmuş aterosklerotik xəstəlikli bütün pasiyentlərdə və ÜDX-nin inkişaf riski yüksək olan pasiyentlərdə başlanmalıdır
• Statinlərlə terapiya anamnezində qeyri-kardioembolik insult olan pasiyentlərdə başlanmalıdır (A)*
•  Ayaq və yuxu arteriyalarının daralması ilə nəticələnən xəstəliklər ürəyin işemik xəstəliyi (UİX) riskinə ekvivalent hallar hesab edilir və bu hallarda lipid səviyyəsinin azaldılması terapiyasının təyini tövsiyə edilir (A)*
• Transplantasiya zamanı dislipidemiyası olan pasiyentlərdə statinlər birinci sıra preparatlara aid edilməlidir (B)*
•   Xronik böyrək xəstəliyi (2-5-ci mərhələ, yəni qlomerulyar filtrasiya sürəti 
•  ÜİX riskinə ekvivalent hal kimi qəbul edilməli və belə pasiyentlərdə XS-ASLP-nin hədəf səviyyəsi böyrək çatışmazlığı dərəcəsindən asılı olaraq uyğunlaşdırılmalıdır (C)*

Tövsiyənin etibarlılıq səviyyəsi

   A - çox etibarlı     B - etibarlı    C - nisbətən etibarlı

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...