Xarici otit


Xarici otit necə müalicə olunur?

Həkim, adətən qulaq damcılarından ibarət olan qısa müalicə kursu təyin edir. Bu damcıların tərkibində infeksiyaya qarşı antibiotik və ödemlə qaşınmaya qarşı steroid preparatı olur. Müalicə bir həftə və ya xəstəliyin simptomları yox olana qədər davam etdirilir. Müxtəlif adı olan belə damcıların sayı kifayət qədərdir. Əgər onlardan biri istənilən nəticəni verməzsə, həkim başqa tərkibli damcı təyin edir.

Qulaq damcıları necə istifadə olunur?

Uzanmış halda zədələnmiş qulağa bir neçə damcı dərman tökmək və həmin vəziyyətdə 1-2 dəqiqə qalmaq tələb olunur.

Xarici otitin simptomlari və yaranma səbəbləri

Xarici Otit - xarici qulaq keçəcəyinin iltihabıdır. Bu iltihab infeksiya, allergiya və başqa səbəblərdən ola bilər. Qulaq damcıları ilə müalicə adətən effektli olur. 

Xarici otitin hansı simptomları var

Xəstələr, əsasən, qulaqda ağrılar, eşitmənin zəifləməsi, qaşınmadan şikayətlənirlər. 

Xarici otitin yaranma səbəbləri hansılardır?

Bəzi insanlar XO ilə xəstələnməyə meyllidirlər. Onların qulaqlarına su, şampun, sabun, saç spreyləri və s. düşdükdə həmin nahiyədə qaşınma yaranır və nəticədə xarici qulaq keçəcəyinin dərisi zədələnərək iltihaba təkan verir. İltihablaşmış dəri tezliklə infeksiyalaşır. İnsanlar qulaqlarını qaşıdıqca iltihab və infeksiya daha da artır, vəziyyət pisləşir və s. Xarici otitin baş verməsinə gətirib çıxaran digər səbəblər:

• Üzgüçülük. Üzgüçülüklə məşğul olanlarda olmayanlara nisbətən xarici otit 5 dəfə çox rast gəlinir. Bu, xarici qulaq keçəcəyinə su düşməsi ilə əlaqədardır. Xarici otiti bəzən “üzgüçü qulağı” da adlandırırlar.

• Hava. Xarici otit daha çox isti, rütubətli və “tərlədən” havada inkişaf edir. Ona görə də bu xəstəliyə ən çox isti ölkələrdə rast gəlinir.

• Dəri problemləri. Ekzema və ya psoriaz xarici qulaq keçəcəyi dərisini zədələyir və xarici otitin başlanmasına təkan verir.

• Qulaq kiri tıxaclarının yuyularaq təmizlənməsi. Bu, xarici qulaq keçəcəyini qıcıqlandıraraq iltihab törədə bilər. 

 

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...