Ürək-damar xəstəliklərinin profilaktikası


Antitrombositar terapiya üzrə tövsiyələr

 

• Kəskin koronar sindrom zamanı və ardınca gələn 12 ay ərzində yüksək qanaxma riski kimi əks-göstərişlər olmadığı halda ikiqat antitrombositar terapiyanın aspirin ilə birlikdə P2Y12 inhibitoru (tikaqrelor və ya prasuqrel) vasitəsilə aparılması tövsiyə olunur.

• Tikaqrelor və ya prasuqrel qəbul edə bilməyən pasiyentlərə klopidoqrel (yükləmə dozası 600 mq, gündəlik doza 75 mq) tövsiyə olunur.

•  Miokard infarktından sonra ürəyin işemik xəstəliyinin xronik mərhələsinin (>12 ay) ikincili profilaktikası zamanı aspirin qəbulu tövsiyə olunur.

• Qeyri-kardioembolik tranzitor işemik həmləsi və ya işemik insultu olan xəstələrə aspirinlə birlikdə dipiridamol və ya yalnız  klopidoqrel qəbulu tövsiyə olunur.

• Dipiridamol və ya klopidoqrelə qarşı dözümsüzlük (baş ağrısı) halı olarsa, yalnız aspirin qəbulu tövsiyə olunur.

• Qeyri-kardioembolik serebral işemiya hallarında antikoaqulyatlar aspirin qəbuluna üstün gəlmir və tövsiyə olunmur.

• Yüksək qanaxma riski ilə əlaqədar olaraq aspirin və ya klopidoqrel ürək-damar və beyin-damar xəstəlikləri olmadan pasiyentlərə tövsiyə edilmir.

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...