MARAQLI FAKTLAR

Xəbərlərin hamısı

İkincili tütün tüstüsü öldürür Tütün məhsullarının yanması nəticəsində ətraf mühitə yayılan tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu, adətən, passiv siqaretçəkmə adlandırılır. Ikincili tütün tüstüsü – restoranlarda, ofislərdə və ya digər qapalı məkanlarda siqaret və qəlyan çəkmə nəticəsində yaranan tüstüdür. Tütün tüstüsündə 4000 – dən çox kimyəvi maddə (ocümlədən 50 – dən çox kanserogen – şiş əmələ gətirən maddə) mövcuddur. İkincili tütün tüstüsünün təhlükəsiz səviyyəsi yoxdur. - İkincili tütün tüstüsü böyük yaşlı insanlar arasında ürək –damar və tənəffüs sistemi xəstəliklərinin yaranmasına gətirib çıxarır. - İkincili tütün tüstüsü südəmər uşaqlarda isə qəfil ölümə səbəb olur. - İkincili tütün tüstüsünün hamilə qadınlara təsiri nəticəsində az çəkili uşaqlar doğulur - Demək olar ki, uşaqların yarısı mütəmadi olaraq ictimai ərazilərdə tütün tüstüsü ilə çirklənmiş havanın təsirinə məruz qalırlar. - 40 % - dən çox uşağın valideynlərindən biri tütün çəkir. - İkincili tütün tüstüsü il ərzində 600 mindən çox insanın ölümünə səbəb olur.
Daha ətraflı