MARAQLI FAKTLAR

Xəbərlərin hamısı

Fiziki hərəkətlər beynə antidepressant preparatlar kimi təsir göstərir. İsveçrəli həkim Astrid Byörnebekk müəyyən etmişdir ki, idman hərəkətləri yeni beyin hüceyrələrinin əmələ gəlməsinin stimullaşdırır və depressiyaya qarşı özünəməxsus bir müalicə üsulu kimi istifadə oluna bilər.
Daha ətraflı

Amerikalı alimlər: Qaçış baş-beynin işini yaxşılaşdırır Fiziki yüklənmə təkcə əzələləri, tənəffüs və ürəyi qaydaya salmır, həm də baş-beynin işinə təsir göstərir. Amerikanın Qocalma Problemləri Milli İnstitutunun alimləri müntəzəm qaçışın sinir sisteminə necə təsir etməsini araşdırıblar. Alimləri xüsusilə qaçışın ali sinir funksiyasına təsiri maraqlandırıb. Tədqiqatçılar laboratoriya siçanları üzərində aparılan təcrübədə qaçışın katepsin B zülalının yaranmasını sürətləndirdiyini müşahidə ediblər. Bu maddə baş-beyin hüceyrələrinin böyüməsi prosesini aktivləşdirir. Qeyd edək ki, bu xüsusiyyət yalnız daimi məşq zamanı müşahidə edilir. Alimlər, həmçinin bir qrup siçanda katepsin zülalının yaranmasının qarşısını almağa çalışıblar. Nəticədə heyvanlarda məkanda istiqaməti təyin etmək bacarığı zəifləyib. Siçanlar hovuzdan platformayadək yolu çətinliklə tapıb. Nəzarətdə olan qrup isə tapşırığın öhdəsindən çox yaxşı gəlib. Əldə edilən məlumatlar əvvəlki tədqiqatlarla ziddiyyət təşkil etmir. İdmanla məşğul olmaq bədəndə qan dövranını sürətləndirir. Baş-beyin də bu qaydalardan istisna deyil.
Daha ətraflı

Kofe qaraciyəri üç xəstəlikdən qoruyur Alimlər müəyyən edib ki, müntəzəm kofe içən insanlar qaraciyəri üç xəstəlikdən qorumuş olur. “British Liver Trust” qeyri-hökumət təşkilatının hesabatı açıqlanıb. Bu təşkilat qaraciyər xəstəlikləri və onların qarşısının alınması və müalicə effektivliyinin artırılması ilə məşğul olur. 83 səhifəlik sənədin müəllifləri iddia edir ki, müntəzəm kofe içmək orqanizmi qaraciyərin qeyri-alkoqollu piylənməsi (NAFLD), qaraciyər fibrozu və sirroz kimi təhlükəli xəstəliklərdən qoruyur. Bundan əlavə, qəhvə içmək sayəsində bu xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin inkişafı dayanır. Lakin ətirli içkinin həvəskarları unutmamalıdır ki, kofeinin sutkalıq dozası 400 milliqramdır. Yəni gün ərzində 5 fincan “espresso” içmək kifayətdir.
Daha ətraflı