25 aprel - Ümumdünya Malyariya ilə mübarizə günüdür

Son yeniliklər

Malyariya günü Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədi ilə 2007-ci ildə təsis edilib. 
Malyariya ölümcül qlobal xəstəliklərdən biridir və xüsusilə Afrikada çox yayılıb. Malyariya parazitləri bir xəstə insandan sağlam insana adətən Anopheles cinsindən olan ağcaqanadların vasitəsi ilə ötürülür. Ağcaqanadı yoluxduran parazitin forması qametosit adlanır. Qametositlər merozoitləri qana daxil olduqdan sonra infeksiyaya yoluxmuş insanların daxili orqanlarının kapillyarlarında inkişaf etməyə başlayırlar.

Malyariya xəstəliyinin yaranması

Malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir.

Malyariya xəstəliyinin əlamətləri

Malyariyanın simptomlarının sırasına, yüksək qızdırma, üşütmə, baş ağrılarını, əzələ ağrılarını və yorğunluğu aid etmək olar. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər.
Malyariyanın parazitlərinin ən təhlükəli növü olan Plasmodium falciparum tərəfindən törədilən xəstəlik zamanı böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozğunluqlar, koma, və vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər. Malyariya ilə xəstələnmiş, lakin sonradan tamamilə sağalmış adam onu digərlərinə ötürə bilər. Bu təqdirdə həmin insanlar malyariya xəstəliyinin simptomlarını aşkar etməyən daşıyıcılar şəklində həmin xəstəliyi digərlərinə ötürə bilər. Belə şəxslərə parazitgəzdiricilər deyirlər. Tropik (yuxarıya baxın) malyariyaya qarşı immunitet əldə etmiş insanlarda və yaxud da Plasmodium vivax və ya Plasmodium ovale ilə ilk dəfə xəstələnərək sağalmış insanlarda sonralar xəstəliyin qayıtması hallarının baş verməsinə dair bir çox misal göstərmək olar.

Malayariyanın müalicəsi

Malyariya xəstəliyi vaxtlı-vaxtında və müvafiq şəkildə müalicəyə cəlb olunduğu halda o tam müalicə edilə bilər. Peyvəndin hazırlanması istiqamətində bir çox səylərin göstərilməsinə baxmayaraq, hal-hazırda bu cür peyvənd mövcud deyil. Malyariya resept ilə verilən dərman vasitələrinin köməyi ilə müalicə edilir.

Bir çox hallarda insanlar malyariya ilə xəstələndiklərini sadəcə dərk edə bilmirlər və tibbi yardım üçün həddən artıq gec müraciət edirlər. Onlar hesab edirlər ki soyuqdəymə, qrip və yaxud da digər geniş yayılmış xəstəliyə yoluxublar. Tibbi xidmət məntəqələrindən uzaqda yaşayan insanlar əksər hallarda yerli dərman satıcılarına məsləhət üçün müraciət edirlər, bu da ki öz növbəsində hər zaman doğru olmaya bilər, yaxud da onlar qeyri səmərəli dərman preparatlarını alıb onlardan istifadə edirlər.

Malyariyanın profilaktikası

Profilaktika infeksiyanın qabağının alınması üçün malyariyaya qarşı olan vasitələrin istifadəsi ilə xəstəliyin qarşısının alınmasına yönəlmiş tədbirlərdir, lakin, tam qorunmanı təmin edə bilmir və malyariya keçiriciləri olan ağcaqanadların sancması riskinə məruz qala bilən insanlar üçün məsələnin tamamilə səmərəli və eləcə də uzunmüddətli həll üsulu sayıla bilməz.