11 fevral - Ümumdünya Xəstə Günüdür

Son yeniliklər

Ümumdünya Xəstə Günü (World Day of the Sick) bütün dünyada xəstə insanların rastlaşdıqları problemlərə ictimaiyyətin diqqətini cəlb edən, onlara yardım göstərmək istiqamətində müəyyən addımlar atmağa yönələn tədbirləri özündə ehtiva edir.  Ümumdünya Xəstə Günü  13 may 1992-ci ildə  mərhum II Papa Con Paulun təşəbbüsü ilə təsis edilib. Bu mövzudan bəhs edən yazısında o, hər il qeyd olunan bu günün xüsusi məqsədlər daşıdığını vurğulayaraq bir çox katolik səhiyyə təşkilatlarının nümayəndələrinə, dindarlara, bütün vətədaş cəmiyyətinə xəstələrə yaxşı qulluq etmək, iztirablarını yüngülləşdirməkdə dəstək göstərmələrinin vacibliyini qeyd etmişdir. 1991-ci ildə II Papa Con Paula parkinson xəstəliyi diaqnozu qoyulur. Roma Papası Ümumdünya Xəstə Gününü ona diaqnoz qoyulduqdan bir il sonra təyin edir. 2005-ci ildə Roma Papasının ölümü ilə əlaqədar ilk dəfə olaraq 14 fevralda  Ümumdünya Xəstə Günü qeyd olundu. Bu günün 14 fevrala təyin olunmasında əsas məqsəd bütün dünyada katoliklərin qədimdən  Xəstə Gününü məhz bu tarixdə qeyd etmələri ilə əlaqəlidir. Hazırda bir çox ölkələrdə xəstəliklərin profilaktikası və müalicəsi, sağlam qidalanma, sağlam həyat tərzi mövzularına həsr olunmuş müxtəlif tədbirlər və maairfləndirmə aksiyaları keçirilir.