Dərmanların yeni qiymətləri təsdiqləndi- SİYAHI

Son yeniliklər

Bu gün Tarif (qiymət) Şurasının (TŞ) növbəti iclası keçirilib və daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bu barədə fins.az-a  TŞ-dan məlumat verilib.

Bildirilib ki, qiymətləri yeni tənzimlənmiş 2557 dərman vasitəsinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, 29%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.

İndiyədək TŞ dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edib. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99%-ni təşkil edir.

Bunlardan 7300 dərman vasitəsi təsdiq edilən qiymətlərlə artıq satışdadır. Digər 2332 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.

2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər. 

Dərman vasitələrinin yeni qiymətlərini aşağıdakı linkdən öyrənmək olar. 

http://www.tariffcouncil.gov.az/documents/DVA.pdf