Bakıda təcili tibbi yardım xidməti sistemində yenilik
Son yeniliklərBakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədi ilə təcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemini yaratmağı nəzərdə tutub.
Nazirlikdən bildirilib ki, bunun köməyi ilə ünvanın dəqiqləşdirilməsinə sərf olunan vaxta qənaət olunacaq və yalançı çağırışların qarşısı alınacaq. Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək. Bu, da vaxt itkisinin qarşını almağa və təcili tibbi yardımın keyfiyyətinin yüksəlməsinə imkan verəcək.
Yeni naviqasiya sistemi nəzərdə tutulmuşdur ki, bu məqsədlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə müraciət olunub.
Yeni elektron sistem gələcəkdə yaradılması nəzərdə tutulmuş icbari tibbi sığortanın tətbiqi zamanı məlumatların ötürülməsinə şərait yaradacaq. Səhiyyə Nazirliyi tərəfindən hər bir vətəndaş üçün yaradılması nəzərdə tutulan elektron səhiyyə kartında vətəndaşın təcili yardıma nə zaman müraciət etməsi, hansı diaqnozla müalicə alması barəsində məlumatlar toplanacaq. İstənilən tibb müəssisəsinə müraciət etdiyi halda vətəndaşa məxsus kod nömrəsini və ya şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə həmin şəxsin sağlamlığı barədə məlumat əldə etmək mümkün olacaq.