Amerikalı tədqiqatçılardan daha bir yenilik

Son yeniliklər

Amerikanın Mayo (Minnesota ştatı) klinikasının tədqiqatçıları polimer materialdan süni fəqərələr yaradıblar.

Alimlər işlərini martın 14-ü San-Dieqoda keçirilən Amerika kimyaçılar cəmiyyətinin illik konfransında nümayiş etdiriblər.

Həkimlərin sözlərinə görə, əsas məqsəd onurğa sütununda ağır xəsarəti olan xəstələrə kömək etməkdir.

Alimlərin onu da qeyd edib ki, süni fəqərələr sümüklərin düzgün regenerasiyasını təmin edə, həmçinin cərrahi ağırlaşmalarının qarşısını almağa kömək edə bilər.