Xəstəliklərin profilaktikası üçün sağlam ətraf mühit haqqında 10 fakt
Son yeniliklərSağlam olmayan ətraf mühit xəstəliklərin 25%-nə səbəb olur
Fakt 1
Ətraf mühitin sağlamlaşdırılması nəticəsində bütün dünyada hər il baş verən 13 milyon ölüm hadisəsinin qarşısını almaq mümkündür.
Fakt 2
Beş yaşadək uşaqlar arasında bütün xəstəliklərin 1/3-nə təhlükəli su və çirklənmiş hava kimi ətraf mühit amilləri səbəb olur.
Fakt 3
Təhlükəli su və çirklənmiş hava kimi ətraf mühit amillərinin təsirinin qarşısını almaqla inkişaf etməkdə olan ölkələrdə hər il beş yaşadək 4 milyon uşağın həyatını xilas etmək mümkündür.
Fakt 4
İnkişaf etməkdə olan ölkələrdə ətraf mühit amilləri nəticəsində əmələ gələn əsas xəstəlikləri, aşağı tənəffüs yollarının infeksiyaları, təsadüfi zədələr və malyariyadır.
Fakt 5
Ətraf mühitdən daha səmərəli istifadə nəticəsində malyariyadan baş verən ölüm hallarının 40%-nin, aşağı tənəffüs yollarının infeksiyalarından baş verən ölüm hallarının 41%-nin, diareya xəstəliklərindən baş verən ölüm hallarının isə 94%-nin - dünyada uşaq ölümünün bu 3 əsas səbəbinin qarşısını almaq mümkündür.
Fakt 6
Az inkişaf etmiş ölkələrdə ölüm hadisələrinin və xəstəliklərin 1/3-nin bilavasitə səbəbini ətraf mühit amilləri təşkil edir.
Fakt 7
İnkişaf etmiş ölkələrdə ətraf mühitin sağlamlaşdırılması nəticəsində xərçəng və ürək-damar xəstəlikləri, bronxial astma halları, aşağı tənəffüs yollarının infeksiyaları, dayaq-hərəkət aparatı xəstəlikləri, yol-nəqliyyat hadisələri zamanı yaranan zədələr, zəhərlənmələr və boğulmaların sayını azaltmaq mümkündür.
Fakt 8
Ətraf mühit amilləri “Dünyada səhiyyənin vəziyyəti barədə məruzə” də qeyd edilən 102 xəstəlik və zədədən 85-nə təsir edir.
Fakt 9
Bu ölüm, xəstəlik və əlillik hallarının əksəriyyətinin ev şəraitində suyun təhlükəsiz saxlanılmasına yardım, gigiyena tədbirlərinin yaxşılaşdırılması və yanacağın daha təmiz və təhlükəsiz növlərindən istifadə kimi məqsədyönlü tədbirlərin köməyi ilə qarşısını almaq mümkündür.
Fakt 10
Ətraf mühitin sağlamlaşdırılmasına kömək edə biləcək digər tədbirlərə binaların təhlükəsizlik səviyyəsinin artırılması, işdə və evdə toksik maddələrin təhlükəsiz və diqqətli istifadəsi və idarə olunmasına yardım, həmçinin su ehtiyatlarının daha səmərəli idarə olunması daxildir.
Azərbaycan Respublikasının Konstitusiyası (çıxarış)
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
1.Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır
Sağlam ətraf mühitdə yaşayaq!