UŞAQ ZORAKILIĞI
Son yeniliklərGəlin, laqeyd qalmayaq!
Uşaq hüquqlarını pozan bütün hallar uşaq zorakılığı sayılır.
Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur.
Psixi və fiziki travmaya səbəb olan davranışlar – zorakılıq (fiziki, psixoloji, cinsi, iqtisadi), qayğısızlıq və etinasızlıq uşaqların həyatında ömürlük iz qoyur.
Valideynlərə tövsiyə:
- Uşaqla kobud davranmayın
- Zorakılıqdan zərər çəkmiş uşağı diqqətlə dinləyin
- Uşağa öz problemlərini sizinlə bölüşməyə imkan yaradın
- Uşağın dostları və onların ailələri, digər böyüklər və tərbiyəçilər haqqında məlumatlı olun
Cəmiyyətimizin gələcəyi olan uşaqları qoruyaq və onlara qarşı zorakılıq hallarına göz yummayaq!
Zorakılığa məruz qalmış uşağın davranışı bu xüsusiyyətlərlə seçilə bilər:
- valideynlərdən və böyüklərdən qorxur
- az hallarda sevinir
- ağlağan olur, başqa uşaqların ağlamasından qorxur
- ünsiyyətdən çəkinir
- aqressiv olur
- yaltaq olur
- həddindən tez tabe olur
- ağrıdığını gizlədir
- yalançı olur
- oğurluğa meyilli olur
- heyvanlara qarşı qəddar olur
- nitq inkişafı geriləyir
- mütəmadi olaraq dərslərə hazırlıqsız gəlir
- daim fikri dağınıq olur
- aldığı aşağı qiymətlərə görə evə qayıtmağa qorxur
- evdən qaçma halları olur
- spirtli içki, tütünçəkmə və narkotik maddələrdən istifadəyə meyilli olur
- intihara cəhd edir
- cəmiyyətə zidd davranışları ilə diqqəti cəlb edir
Məlumatlı olaq!
Zorakılığa məruz qalmış uşaqda bu cür fəsadlara rast gəlinir:
- emosional (psixoloji) və intellektual inkişafdan geri qalır
- tez-tez depressiyaya düşür
- spirtli içki, tütünçəkmə və narkotik maddələrdən asılılıq yaranır
- riskli davranışlar edir
- infeksion (İİV, hepatit və s.) xəstəliklərə yoluxur
- ona edilən zorakılığı gələcəkdə artıq özü başqalarına qarşı təkrar edir
Hamının nəzərinə!
Zorakılıqdan zərər çəkmiş uşaqlara
yardım etmək üçün müraciət edin:
DİN-in “102” xidməti-zəng mərkəzi sistemi
Şəhər, rayon icra hakimiyyəti orqanları
Akademik M.Ə.Mirqasımov adına
Respublika Klinik Xəstəxanası
Bakı şəh., Şərifzadə küç., 212
(012) 430-77-38, (012) 431-40-32,
(012) 431-98-41, (012) 433-47-36
Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası
Bakı şəh., Səməd Vurğun küç., məhəllə 956
(012) 595-38-78, (012) 595-38-56, (012) 595-38-58
25 nömrəli Şəhər Poliklinikası
Bakı şəh., Süleyman Sani Axundov küç., 9/33
(012) 561-58-00, (012) 561-24-10, (012) 561-26-67
Uşaq Hüquqları Klinikası
Bakı şəh., D.Əliyeva küç., 251 a, mən. 73
(012) 480-22-31, (012) 496-70-35,
(055) 519-74-52, (050) 480-22-31
Zorakılıq və Cinayət Qurbanı olan Uşaq və
Gənclər üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi
(012) 480-38-75, (050) 589-47-53
«Ümidli Gələcək» Gənclər Təşkilatı
Bakı şəh., N.Gəncəvi küç., 117
(012) 493-21-42, (050) 349-29-48
Azərbaycan Uşaq Qaynar Xətt xidməti
(012) 480-22-80, (050) 680-22-80, (051) 880-11-80
Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların
Sosial Reabilitasiyası və Sosial-Hüquqi Xidmət Mərkəzi
Bakı şəh., Sabunçu rayonu, Y.Əliyev küç., 1
Əhalinin Sosial Müdafiə Mərkəzi, 3-cü mərtəbə
(012) 425-67-70, (055) 616-69-64, (055) 751-51-00