Tütünçəkmədən imtinaetmə üzrə “5A” strategiyası - HƏKİMLƏR ÜÇÜN YADDAŞ VƏRƏQƏSİ

Son yeniliklər

Ask

  1. 1.   Soruşmaq

Tütünçəkmə barədə məlumat əldə etmək

Hər görüş zamanı hər bir pasiyentdə tütünçəkmə statusunu müəyyənləşdirmək və sənədləşdirmək.

Advice

  1. 2.   Məsləhət vermək

Tütünçəkmədən imtina etməyi məsləhət görmək

Hər bir tütünçəkəni aydın, təkidlə və fərdi şəkildə tütünçəkmədən imtinaya yönəltmək.

Assess

  1. 3.   Qiymətləndirmək

Tütünçəkmədən imtina cəhdinə hazır olmağı qiymətləndirmək

Tütün çəkən hal-hazırda tütünçəkmədən imtina cəhdi etmək istəyirmi?

Assist

  1. 4.   Yardım etmək

Tütünçəkmədən imtina cəhdinə kömək etmək

Tütünçəkmədən imtina cəhdi etmək istəyənlərə müalicəni təklif etmək, onları imtinaya yardım edəcək məsləhətləşməyə və əlavə müalicəyə yönəltmək.

Hal-hazırda tütünçəkmədən imtina cəhdi etmək istəməyənlərə gələcəkdə imtina istəyini yüksəltmək üçün lazımi müdaxiləni tətbiq etmək.

Arrange

  1. 5.   Təşkil etmək

Ardıcıl müşahidə üçün sonrakı görüşləri planlaşdırmaq

Tütünçəkmədən imtina cəhdi etmək istəyənlər üçün imtinanın ilk günündən başlayaraq sonrakı görüşləri planlaşdırmaq.

Hal-hazırda imtina cəhdi etmək istəməyənlər üçün imtinaya yönəldilmiş tədbirləri növbəti görüşlərdə nəzərdə tutmaq.

 

Əlavə məlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 27 fevral 2012-ci il tarixli 05 saylı Qərarı ilə təsdiq edilmiş TÜTÜNÇƏKMƏDƏN İMTİNA ETMƏ ÜZRƏ KLİNİK PROTOKOLU”dan əldə edə bilərsiniz!