Paytaxtda Gənc Həkimlərin və Tibb Tələbələrinin Forumu keçiriləcəkdir

Son yeniliklər

21 oktyabr tarixində paytaxtda Azərbaycan Respublikası QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə yardımı və "Gənclik Təşəbbüsləri" İctimai Birliyinin təşkilatçılığı ilə "Gənc Həkimlərin və Tibb Tələbələrinin Forumu" layihəsi həyata keçiriləcəkdir.

Forumun təşkilatçıları tərəfindən Xəbər24-ə verilən məlumatda bilidirilir ki, layihənin mövzusu “Diplomdan sonrakı tibb təhsili”dir. Tədbir zaman spikerlər tərəfindən mövzu ətrafında müzakirələr aparılacaq, tələbələrə və gənc həkimlərə müxtəlif ölkələrdə olan tibb təhsili haqqında geniş məlumat veriləcəkdir. Həmçinin, layihənin partnyorları tərəfindən tədbir iştirakçılarına müxtəlif güzəşt və hədiyyələr nəzərdə tutulmuşdur.