Onlarla uşaq anadangəlmə ürək qüsurundan qurtulacaq

Son yeniliklər

Ümumdünya Uşaq günü münasibəti ilə 20 noyabr 2015-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib.

Aksiya ərəfəsində ürək-damar cərrahı R.Mahmudovun rəhbərliyi ilə yerli və xarici (İtaliyanın Milan şəhəri San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən 200-dən çox anadangəlmə ürək qüsurundan əziyyət çəkən xəstələrin müayinə və müalicələrin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatların icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək.

Həmçinin aksiya çərçivəsində 15 günlük körpə uşağın yuxu arteriyasından ürəyin qapaq əməliyyatı keçirilmişdir. Nəticələr həkimlərin gözlədiyindən daha da yaxşı olmuşdur. Anadan gəlmə ürək qüsüru olan 26 həftəlik körpənin əməliyyatı nəzərdə tutulmuşdur. 

Aksiya eyni zamanda, təşviqat xarakterli tədbirlərin icrasını da nəzərdə tutur. “Uşaq həftəsi” çərçivəsində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən hazırlanmış, ölkə eləcə də dünya ictimaiyyətinin diqqətini anadangəlmə ürək xəstəliklərinə cəlb etmək məqsədi ilə hazırlanmış “Ürəklər susmasın” adlı sosial məqsədli video çarx müxtəlif televiziya kanallarında nümayiş olunacaq.

Aksiya çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan İtaliyalı mütəxəssislər, Azərbaycanda çox böyük yenilik və inkişaf prosesini vurğulayıblar. Qonaq mütəxəssislər əminliklə qeyd edirlər ki, artıq səhiyyəmizin əldə etdiyi nailiyyətlər və yüksək standartlar, son illərdə tənəzzülün hiss olunduğu bir çox Avropa ölkəsinə nümunə ola bilər. Belə ki, Avropada yüz il ərzində tibdə həll olunmayan problemlər, ölkəmizdə çox qısa müddət ərzində öz həllini tapır.

2015-ci ildən başlayaraq ölkəmizin bir neçə xəstəxanasında uğurla icra olunan əməliyyat sayı artıq 500-ə çatır. Son zamanlar bu sahədə əldə edilmiş müsbət dinamika, yaxın gələcəkdə ölkəmizdə bu problemin tamamilə həll olunacağına təkan verir.