Narkomaniya

Son yeniliklər

Unutma! Bəzən bir doza qəbul etdikdə belə, narkotik maddədən “asılılıq” yaranır!

Narkotik maddələr- tələdir! Bu tələyə bir dəfə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Lakin narkotiklərdən istifadə edənlərin erkən müraciəti müalicənin daha çox hallarda uğurlu olması ilə müşahidə edilir.

Narkotik istifadəçiləri ( narkomanlar ) çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və HƏYATını itirmiş olurlar! Bu uçuruma sürüklənməyi dayandırmaq hər bir gəncin öz əllərindədir. Lakin onlar bu işdə heç zaman tək deyillər. Belə gənclərə yardım etməkdən qərarlı olan onlarla təşkilat və mütəxəssis var.

 

Narkomanlıq uçuruma aparan yoldur!

Narkomanlıq- xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranan və psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. 

 

Narkotiklərdən istifadəyə “YOX!” deyək! Çünki narkotiklərdən istifadə aşağıdakilara səbəb olur: 

  1. Qısa zamanda fiziki və psixi asılılıq yaradır.
  2. Dərsə davamiyyəti və marağı azaldır.
  3. Dostluğa son qoyur.
  4. Oğurluğa və zorakılığa sövq edir.
  5. İİV/QİÇS və Hepatit B xəstəliklərinin yayılmasına səbəb olur (xüsusilə də, vena və əzələdaxili narkotiklərdən istifadə zamanı).
  6. Ailələri və icmaları dağıdır, insanlar arasında münaqişələrə səbəb olur.
  7. Cinsi zəiflik və sonsuzluğa səbəb olur.
  8. Hamiləlik zamanı ana bətnində uşaqlarda ağır dərəcəli qüsurlar, daha sonra psixi və nevroloji pozuntular yaradır.
  9. Yaddaş və təfəkkür pozuntuları, habelə depressiyaya səbəb olur və gəncləri intihara sürükləyir

 

Narkotiklər süni xoşbəxtlik təsəvvürü formalaşdırır və problemlərin həlli əvəzinə onların daha da dərinləşməsinə gətirib çıxarır.

Narkotik istifadəçisi (narkoman) narkotik maddələrin quluna çevrilir! Ona görə də gələcək həyatının məhvinə gətirib çıxaran istənilən cinayətə əl atmağa hazır olur.