İSİM-də Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin “Teen STAR” proqramının təqdimatı oldu

Son yeniliklər

2015-ci il fevralın 13-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin “Teen STAR” proqramının təqdimatı oldu. Böyüklərin məsuliyyəti çərçivəsində cinsiyyətə dair maarifləndirməni əhatə edən proqram barədə Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin nümayəndəsi Nancy Russel məlumat verdi. Təqdimatın məqsədi ABŞ-da tətbiq edilən “Teen STAR” proqramının Azərbaycanda da gerçəkləşdirilməsi idi.

Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin əməkdaşlığı ilə keçiriləcək “Teen STAR” pilot layihəsi çərçivəsində Azərbaycanın ənənəvi dəyərlərinə uyğun tərzdə gənclər arasında reproduktiv sağlamlıq barədə yeni yanaşmalar tətbiq ediləcək, maarifləndirmə işləri aparılacaq. Proqram həmçinin şagirdlərə, valideynlərə və müəllimlərə reproduktiv sağlamlıq barədə daha geniş məlumatlı olmağa yardım edəcək, ailədaxili ünsiyyət prosesini tənzimləyəcək. Proqram çərçivəsində müəllimlərə insan reproduktivliyinin fizioloji və bioloji cəhətlərinə dair biliklər bazası və bunları şagirdlərinə izah edə bilmək üçün təlimlər keçiriləcək.

Əlavə buradan məlumat ala bilərsiniz.