İşgəncə
Son yeniliklərİşgəncə nədir?
İşgəncə şəxsiyyəti alçaltmaqla nəyəsə məcbur etmək üçün ona ağrı, əzab vermədir. İşgəncə insan hüquqlarının pozulmasının geniş yayılmış növlərindən biridir. İşgəncə insana sadəcə iztirab vermir, o eyni zamanda hər bir pis rəftar kimi insan ləyaqətini də alçaldır.
İşgəncənin növləri
İnsan ləyaqətinə sui-qəsd həm fiziki, həm də psixi təsir vasitəsilə ola bilər.
Fiziki işgəncələr:
Suda boğma, döymə, çılpaq bədənə ardıcıl zərbələr vurma, yandırma, dırnaqları çıxarma, elektrik cərəyanı ilə işgəncə, yuxudan uzunmüddətli məhrumetmə, narahat vəziyyətdə oturtma, asma və s.
Psixi işgəncələr:
İşgəncə vermənin və ya uydurulmuş edam səhnəsinin nümayiş etdirilməsi, işgəncə vermədə iştiraka məcbur etmə, təcrid etmə və s. Uzunmüddətli psixi işgəncə çox vaxt fiziki işgəncəyə çevrilir. Təkrar olunan qorxulu yuxular, qorxu hissi, utancaqlıq və s. şəxsdə özünü büruzə verir və insanı normal həyat imkanlarından məhrum edir.
Cinsi işgəncələr:
Təhqirli sözlər, alçaltma, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri və s.
İşgəncələrin qadağan edilməsi haqqında beynəlxalq standartlar İnsan hüquqlarının ümumi Deklarasiyası (1948) və soyqırım cinayətlərinə xəbərdarlıq və onlara görə cəzalar haqqında Konvensiya (1948) işgəncə vermənin tətbiq edilməsi təcrübəsini qadağan edən ilk beynəlxalq sənədlərdir. Bu sənədlərin əsasnamələri 1966-cı ildə “Vətəndaş və siyasi hüquqlar haqqında beynəlxalq pakt”la təsdiq edilmiş və 10 dekabr 1984-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuşdur.
31 may 1996-cı il tarixdə “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyaya qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
İşgəncə qadağası sadəcə fiziki toxunulmazlığı qorumur. İnsan ləyaqəti ilə ayrılmaz olan mənəvi bütövlük və şəxsiyyətə hörmət hüququ onu tələb edir ki, heç bir insana heç bir halda insan ləyaqətinə sığmayan, onu insan kimi alçaldan rəftar və cəza verilməsin.
BMT-nin Baş Assambleyası 26 iyunu “BMT-nin işgəncə qurbanlarını dəstəkləməsi günü” kimi qeyd etməyi qəbul etmişdir.
İşgəncələrin aradan qaldırılması hamının və hər kəsin vicdan borcudur!!!