Fiziki aktivlik və idman
Son yeniliklərFəal ol, sağlam ol həyat boyu qalib ol!
Fiziki aktivlik nədir?
Fiziki aktivlik- enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır. Mütəmadi hərəkətlər qeyri-infeksion xəstəliklərin yaranma riskini azaldır. Fiziki aktivlik oynaqlar, əzələ və sümükləri möhkəm və güclü edir.
Fiziki aktivlik bədəni daha enerjili edir, depressiya, qorxu və stressdən qoruyur.
Fiziki aktivlik ömrü uzadır və daha sağlam və xoşbəxt yaşamağı təmin edir.
Fiziki aktivlik nə üçün zəruridir?
Mütəmadi fiziki aktivlik aşağıdakı qeyri-infeksion xəstəliklərin qarşısını alır:
- ürək-damar xəstəlikləri
- 2-ci tip şəkərli diabet
- bir sıra xərçəng xəstəlikləri
- piylənmə
- depressiya
- osteoporoz (sümüklərin kövrəkləşməsi)
Nə üçün fiziki aktiv deyilik?
Adətən biz vaxt çatışmazlığı və yorğunluqdan şikayət edirik. Bədən tərbiyəsinə sərf edə biləcəyimiz həmin dəyərli vaxtı əsasən nəyə sərf edirik? Divanda uzanaraq televizora baxmaq, video oyunlar oynamaq, sosial şəbəkələrdə ünsiyyətdə olmaq, dostlarla içki içmək və ticarət mərkəzlərində vaxt keçirməklə vaxtımızı itiririk...
Dartılma stressdən azad edir, gərginliyi aradan qaldırır və enerji verir.
Fiziki aktiv olmaq üçün nə etməliyik?
Böyüklər üçün tövsiyələr iki növ aktivlik üzərində qurulur: aerobika və əzələlərin möhkəmləndirilməsi.
- həftə ərzində 150 dəqiqə orta intensivli aerobika ilə məşğul olmaq
- sağlamlığa əlavə faydası üçün fiziki aktivliyin həftə ərzində 150 dəqiqədən 300 dəqiqəyədək (5 saat) artırmaq
Fiziki aktivlik nümunələri:
Orta intensivli
- sürətlə piyada gəzmək (saatda 3 km və ya daha sürətlə, lakin yarışma məqsədli olmamaqla)
- su aerobikası ilə məşğul olmaq
- sürəti saatda 10 km-dən aşağı olmaqla velosiped sürmək
- tennis oynamaq
- bal rəqsləri ilə məşğul olmaq
- bağ işləri ilə məşğul olmaq
Yüksək intensivli
- yarış qaçışı, yüngül qaçış və ya sadəcə qaçmaq
- üzgüçülüklə məşğul olmaq
- tennis oynamaq
- aerobika ilə məşgul olmaq
- sürəti saatda 10 km-dən çox olmaqla velosiped sürmək
- iplə hoppanmaq
- ağır bağ işləri (fasiləsiz qazmaq və ya belləmək)
- ağır bel çantası ilə dağa qalxmaq
İşçilər üçün fiziki aktiv olmaq nə üçün zəruridir?
- stress hallarının minimuma endirilməsi
- diqqətin artması
- iş məmnuniyyəti və komanda ruhunun yaxşılaşması
- iş məhsuldarlığının artması
- qeyri-aktivliklə bağlı xroniki xəstəliklər riskinin azalması və sağlamlığın yaxşılaşması
- iş-həyat balansının tənzimlənməsi
Iş yerində necə fiziki aktiv ola bilərsən?
Fiziki aktivliyin ən sadə yolu bir neçə dəqiqə ərzində bədənə dartılma hərəkətlərinin edilməsidir.
.
Fiziki aktiv olmaq mümkündür!
Tövsiyələr:
- həftə ərzində 150 dəqiqə fiziki aktiv ol
- iş yerində dartılma hərəkətlərini ən azı 15-20 saniyə və gün ərzində 2-3 dəfə təkrar et
- ən azı 3 mərtəbəni pilləkənlə qalx
- xoşuna gələn və həyat tərzinə uyğun olan fiziki aktivlik növünü seç
- məşğələlər üçün optimal vaxtı seç
- dostların və ailənlə istirahət zamanı fəal ol
- bacardığın bir fiziki aktivlikdən başla və daha çox nailiyyətlər əldə etməyə çalış
- bir neçə həftədən və ya aydan sonra məşğələlərin müddətini və intensivliyini artır
- uzun müddətli fiziki aktivlikdən qabaq və sonra doyunca su iç
- tərkibində şəkər olan içkiləri su ilə əvəz et
- siqaret, narkotik, spirtli içkilər və “fast food” adlanan tez hazırlanan qidalardan uzaq ol