XƏBƏRLƏR

Xəbərlərin hamısı

İSİM-də Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin “Teen STAR” proqramının təqdimatı oldu Təcrübəvi pedaqogika metodlarından istifadə edən unikal elmi yanaşma olan “Teen STAR” beynəlxalq proqramı reproduktiv sağlamlıqla bağlı şagirdləri böyüklər kimi məsuliyyətli olmağa, öz dərrakəsindən və tənqidi yanaşma tərzindən istifadə etməyə çağırır. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilmiş proqram Avropa, Şimali və Cənubi Amerika, Asiya və Afrika qitələri də daxil olmaqla, 30-dan çox ölkədə tədris edilib.
Daha ətraflı

İSİM tərəfindən “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr edilən “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir təşkil olundu 2014-cü il noyabrın 14-də Qafqaz Point Hotel-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Ümumdünya Diabet Günü”nə həsr edilən “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir keçirildi. Təşkil olunmuş tədbirdə millət vəkilləri, ölkənin aparıcı endokrinoloqları, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Daha ətraflı

12 sentyabr Ümumdünya İlk Tibbi Yardım Günüdür Dünyada ilk dəfə ilkin tibbi yardım hələ 19-cu əsrin sonlarında yaranmışdır.
Daha ətraflı