Qadını vurma, ona vurul

Son yeniliklər

Erkən nikah

Yaşı 18-dən az olan qzların nikaha daxil olması erkən nikah sayılır. Adətən, belə nikahlara problemli ailələrdən olan uşaqlar daha çox üz tuturlar. Əksər  hallarda əsas səbəb evdə olan qeyri-normal atmosferdən qaçmağa çalışmaqdır. Bu nikahlar, əlbəttə ki, möhkəm olmur. Erkən nikahlar xüsusən qızlara emosional və fiziki ziyan vura bilər.

Cəmiyyətdə qadınlara qarşı zorakılıq

Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.

Məişətdə qadınlara qarşı zorakılıq

Məişət zorakılığı evdə, ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdə tutur. Statistikaya görə dünya qadınlarının 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır.

Qadın alveri

Əsrimizin qlobal problemlərindən biri də qadın alveridir. Qadın alveri çox zaman transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən həyata keçirilir. Qadın alveri insan hüquqlarını pozmaqla yanaşı, ailə və cəmiyyətin dağılmasına səbəb olur. Ümumilikdə insan alverinin qurbanları artıq 27 milyon nəfərə çatıb və bununla böyük mübarizə aparılmalıdır.