Probiotiklər və onların effektivliyi

Son yeniliklər

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən probiotiklərin tərifi: insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər”. Normal bağırsaq florasını təşkil edən və patogen olmayan qram-pozitiv və qram-neqativ bakteriyalar, habelə göbələklər probiotiklərə aid edilir.  Probiotiklər qidaya əlavə hesab edilir və ümumiyyətlə, təhlükəsiz hesab olunur. Lakin probiotiklər dərman olmadığından onların istehsalı və istifadəsinə nəzarət fərqlidir. Bu səbəbdən də həkimlər probiotiklərin istifadəsində ehtiyyatlı olmalıdır. Probiotik orqanizmlər əsasən fermentasiya olunmuş qida məhsullarında (məs., qatıq, xama, yoqurt və s.) rast gəlinin bakteriyalarla eynidir. Digər probiotik preparatlarda olan orqanizmlər bağırsaqda rast gəlinən bakteriyalarla eynidir.

Geniş yayılmış probiotik preparatlarında aşağıdakı mikroorqanizmlər rast gəlinir: 

•  Bifidobakteriyalar
•  Streptokokklar
•  E.coli
•  Enterokokklar
•  Çöplər
•  Bəzi probiotik preparatlarında göbələk qrupuna aid edilən Saccharomyces boulardii rast gəlinir.
•  Probiotik preparatlarda ya tək mikroorqanizm, ya da bir neçə mikroorqanizmin kombinasiyası ola bilər. 

ÜMUMİ TƏDBİRLƏR.

•  Oral probiotiklərin dozaları koloniya formalaşdıran vahidlər kimi təsvir edilir.
•  Hazırda uşaqlarda istifadə üçün probiotiklərin dozaları məlum deyil.
•  Böyüklərdə isə oral probiotiklər 1-10 milyard KFV (koloniya formalaşdıran vahid) dozada gündə iki dəfə və ya həftədə 1-2 dəfə istifadə edilə bilər.
•  Uşaqlarda isə adətən böyüklərə verilən dozanın yarısı, körpələrdə isə dozanın 1/4 hissəsi istifadə edilə bilər.
•  Probiotiklərin istifadəsi ilə bağlı böyüklərdə və uşaqlarda toksiklik müəyyən edilməyibdir.

DAVAMLI MÜAYİNƏ.

•  Probiotiklərin istifadəsinə dair araşdırmalara davam etdirilir. Hansısa konkret probiotiklərin istifadəsi müvafiq pozuntular və ya xəstəliklərdə faydalı ola bilər. Lakin bu o demək deyil ki, probiotiklər bütün hallarda faydalıdır.
•  Bir çox kliniki randomizə olunmuş plasebo ilə kontrol olunmuş tədqiqatlarda probiotiklərin effektivliyi aşağıdakı hallarda təsdiq edilmişdir:  
•  Pediatrik xəstələrdə infeksion diarreyanın müddətini qısaldır. Rotavirus infeksiyası səbəbindən də baş verən diarreya zamanı probiotiklər ishalın müddətini qısaldır.
•  PO və İV antibiotik alan uşaqlarda antibiotik səbəbindən yaranan ishalı azaldır:
•  Uşaq və böyüklərdə qıcıqlanmış bağırsaq sindromunun müalicəsi və profilaktikasında geniş istifadə edilir.
•  Rezervuar funksiyasını təmin etmək üçün distal nazik bağırsaqdan yaradılmış cibin iltihabının (pouçit) müalicəsində probiotiklər faydalıdır.
•  Atopik dermatit (ekzema) olan xəstələrin müalicəsində də probiotiklərin faydası vardır.
•  Hazırda probiotiklər aşağıdakı xəstəlikləri olanlarda da istifadə edilir. Lakin həmin xəstəliklərdə onların effektivliyi dəqiq məlum deyil və araşdırma obyektidir:
•  Nekrozlu enterkolitin profilaktikasında
•  Xoralı koliti olan xəstələrdə remissiyanın davamlığının təmin edilməsində
•  Atopik dermatit (ekzema), rinit və astmanın müalicəsində
•  H.pilori bakteriyasına qarşı aparılan antibiotik terapiyaya tolerantlığın artırılmasında
•  Sidik-cinsiyyət sistemi infeksiyaları, o cümlədən, sidik yolları infeksiyaları və kandidiazın profilaktikasında
•  Diş kariyesinin profilaktikasında

TEZ-TEZ VERİLƏN SUALLAR. 

SUAL: Qatıq (yoqurt) probiotik qədər effektivdirrmi?
CAVAB: Probiotiklərdə olan mikroorqanizmlər bəzi qida məhsullarında, o cümlədən, qatıqda da olur. Lakin qatıqda (yoqurt) həmin mikroorqanizmlərin dozası terapevtik effekt verə biləcək qədər olmaya bilər. Həmçinin, qida məhsullarının emalı, hazırlanması və saxlanması qatıq və digər oxşar qida məhsullarında probiotik mikroorqanizmlərin canlılığına və koloniya formalaşdıran vahidlərin sayına təsir etmiş olur. Xüsusilə hazırlanmış probiotik preparatlarında isə probiotik mikroorqanizmlərin sayı və koloniya formalaşdıran vahidlərin sayı dəyişməz olur. Probiotik preparatlarda probiotik mikroorqanizmlərin dozası daha yüksək olur. Beləliklə, probiotikin bir kapsulunda olan dozanı əldə etmək üçün xəstə xeyli miqdarda qatıq yeməlidir ki, bu da real deyil. 
 
SUAL: Probiotik və prebiotik qida əlavələri arasında fərq nədir?
CAVAB: Probiotik preparatlarında canlı mikroorqanizmlər olur. Prebiotiklər isə sadəcə probiotik mikroorqanizmlərin inkişafına yardım edən substansiyalardan ibarətdir. Ən geniş yayılmış prebiotik isə frukto-oliqosaxaridlər və qalakto-oliqosaxaridlərdir ki, bunlara da döş südündə rast gəlinir.