Abort (Ailəmizi abortsuz planlaşdıraq!)


Azərbaycanda abortlar hamiləliyin neçə faizini təşkil edir?

2011-ci ildə Azərbaycanda keçirilmiş sorğu göstərir ki, hamiləliklərin 41%-i süni abortlarla nəticələnir. Bu o deməkdir ki, hamiləliklərin təxminən yarısı arzuolunmazdır. Əlbəttə, elə vəziyyət yarana bilər ki, abort qaçılmaz olar (məsələn, qadının həyatına təhlükə yaranır, sosial göstərişlər var), lakin əksər hallarda arzuolunmaz hamiləliyin qarşısını almaq mümkündür.

Hamiləliyi abortla sonlandırmaqdansa onun qarşısını almaq daha əlverişlidir, çünki bəzi hallarda abort bilavasitə və ya sonradan xoşagəlməz və hətta təhlükəli nəticələrə gətirə bilər:

•  Uşaqlıqdankənar hamiləlik ehtimalı bir neçə dəfə artır

•  İnfeksion fəsadların ehtimalı böyükdür

•  Uşaqlığın deşilməsi ehtimalı var

•  Müəyyən hallarda sonsuzluq yarana bilər

• Sonrakı doğuşlarda fəsadların ehtimalı artır və bununla bağlı yenidoğulmuşların xəstələnmə, şikəstlik və ölüm halları çoxalır

•  Vaxtından əvvəl doğuşlar və özbaşına düşüklərin (uşaqsalmaların) sayı artır

•  Kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin sayı artır

• Abortun uzun müddətdən sonra baş verən fəsadları arasında ən çox rast gəlinən hormonal pozuntular nəticəsində süd vəzisinin xoş və bəd xassəli şişlərinin yaranma ehtimalı artır

Abort etdirən hamilələrin bir qismi yeniyetmələr və çox gənc qadınlardır. Onlar etdikləri hərəkətin mahiyyətini tam anlamırlar və sonra ömür boyu buna görə peşman ola bilərlər.

Diqqət yetirilməli məqamlar

Abort etdirməkdənsə, vaxtında arzuolunmaz hamiləlikdən qorunmaq məqsədəuyğundur! Bundan ötrü müxtəlif etibarlı və təhlükəsiz üsullar mövcuddur.

Ailənin planlaşdırılması barədə hamiləlikdən əvvəl düşünmək lazımdır. Bu sizə arzuolunmaz hamiləlik və abortdan yaxa qurtarmağa kömək edər!

Abort qadının həyatına təhlükə yaradır və gələcəkdə onun hamilə qalmaq ehtimalını azaldan ağırlaşmalara səbəb ola bilər!

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...