Ürək-damar xəstəliklərinin profilaktikasına dair əsas tövsiyələr


Yüksək risk qrupundan olan xəstələr üçün ÜDX-nin profilaktikasının əsas məqsədləri

Ürək-damar xəstəliklərinin profilaktikasına dair əsas tövsiyələr

Aterosklerotik mənşəli ürək-damar xəstəlikləri (ÜDX) bütün dünyada erkən yaşda ölümlərin əsas səbəbidir. ÜDX həm də əhali arasında əlilliyin və əmək qabiliyyətinin itirilməsinin aparıcı səbəbidir. ÜDX-nin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, qidalanma, fiziki aktivlik, eləcə də psixo-sosial amillərlə sıx əlaqəlidir. ÜDX-nin profilaktikası ideal şəkildə hələ antenatal inkişaf dövründə başlayır və həyat boyu davam edir.

Yüksək risk qrupundan olan xəstələr üçün ÜDX-nin profilaktikasının əsas məqsədləri.

Tütünçəkmədən imtina. İstənilən növ tütün məmulatlarından istifadə ÜDX-nin inkişaf riskini artırır. Həmçinin, passiv tütünçəkmə də ÜDX riskini artıran risk amilidir. Buna görə də tütün tüstüsü olan yerdən və siqaret çəkənlərin yanından kənar durmaq lazımdır. Tütünçəkmədən imtinaya qarşı heç bir yaş məhdudiyyəti yoxdur. Tütünçəkmədən imtina edildikdən 10-15 il sonra ürək-damar xəstəliklərinin inkişaf riski heç vaxt tütünçəkməyən insanların risk səviyyəsinə yaxınlaşır.

Sağlam pəhrizə riayət etmək. Gün ərzində:

✓    istifadə edilən duzun miqdarını 5 qramdan az edin.

✓    dənli bitkilərdən, meyvə və tərəvəzdən alınan liflərin miqdarını 30-45 qramadək çatdırın.

✓    istifadə edilən meyvənin miqdarını ən azı 200 qram (2-3 porsiya) edin.

✓    istifadə edilən tərəvəzin miqdarını ən azı 200 qram (2-3 porsiya) edin.

✓   Həftədə ən azı 2 dəfə balıq istifadə edin və bunlardan birinin yağlı balıq olmasına çalışın.

✓   Qida qəbulunda kalori tərkibinin məhdudlaşdırılmasına və bədən çəkisinin normal saxlanmasına çalışın.

 

Fiziki aktiv olmaq. İstənilən yaşda olan sağlam böyüklər fiziki aktivliyə və ya orta intensivlikli aerob fiziki məşğələlərə həftədə 2,5-5 saat və ya intensiv fiziki məşğələlərə həftədə 1-2,5 saat ayırmalıdırlar. Oturaq həyat tərzi keçirən insanlar mümkün risklər qiymətləndirildikdən sonra yüngül intensivlikli fiziki məşğələlər proqramından başlamalıdırlar. Fiziki aktivlik/aerob fiziki məşqlər həftədə bir neçə dəfə aparılmalıdır. Hər bir məşqin müddəti 10 dəqiqədən çox olmalı və həftə ərzində 4-5 gündən az olmamaqla bərabər şəkildə bölüşdürülməlidir. Miokard infarktı keçirmiş, aorta-koronar şuntlanma və ya dərialtı koronar müdaxilələr (məs., stentlərin qoyulması) almış və ya xronik ürək çatışmazlığı, sabit stenokardiyası olan xəstələr həftədə 3 dəfədən çox 30 dəqiqəlik orta intensivlikli aerob fiziki məşqlər etməlidirlər. 

 

 

Bədən çəkisinə nəzarət etmə: Bədən kütlə indeksi (BKİ) 18.5-24.9 kq/м2 arası saxlamaq sağlamlıq üçün vacibdir. Artıq bədən çəkisi və piylənmə ÜDX olduğu hallarda ölüm riskini artırır. Bütün səbəblərdən ölüm halları ilə BKİ arasında düz mütənasiblik mövcuddur. Belə ki, bütün səbəblərdən ölüm hallarının ən aşağı səviyyəsi BKİ-i 18.5-24.9 kq/m2 olan şəxslər arasındadır. Hesab olunur ki, BKİ 2 arasında olduqda artıq çəki, BKİ >30 kq/m2 çox olduqda isə piylənmə diaqnozu qoyulur.

 

BKİ ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatı və digər aparıcı beynəlxalq tibb cəmiyyətləri tərəfindən bədən çəkisinin norma daxilində olub olmamasını müəyyən etmək üçün qarının dairəvi ölçüsündən istifadə etmək tövsiyə edilir. 

 

- Qarının dairəvi ölçüsü ≥94 sm-dən çox olan kişilər və ≥80 sm-dən çox olan qadınlara bədən çəkisinin artırılması məsləhət görülmür. Bu qrup şəxslərdə ürək-damar xəstəliklərinin inkişafı və həmçinin, müxtəlif səbəblərdən ölüm riski artmış olur.

- Qarının dairəvi ölçüsü ≥102 sm-dən çox olan kişilərə və ≥88 sm-dən çox olan qadınlarda bədən çəkisinin azaldılması tövsiyə edilir. Bu qrup şəxslərdə ürək-damar xəstəliklərinin inkişafı və həmçinin müxtəlif səbəblərdən ölüm riski əhəmiyyətli dərəcədə artmış olur.

- Belin dairəvi ölçüsünün bud səviyyəsində dairəvi ölçüyə olan nisbəti:  bu nisbət kişilərdə >0.9 və qadınlarda >0.85-dən çox olduqda abdominal piylənmənin olduğundan xəbər verir. 

Qan təzyiqini nəzarətdə saxlamaq. Qan təzyiqi normada <140/90 mm civə sütunundan aşağı olmalıdır. Həyat tərzinin dəyişdirilməsi qan təzyiqi normadan cüzi dərəcədə artmış xəstələrdə onun aşağı salınması üçün kifayət edə bilər. Bundan başqa, həyat tərzinin dəyişdirilməsi qan təzyiqinə qarşı dərman preparatlarını qəbul edən xəstələrə də tövsiyə olunur. Belə ki, bu qan təzyiqinin normallaşdırılması üçün tələb olunan dərmanların dozasının azaldılmasına gətirə bilər. Həyət tərzinin dəyişdirilməsinə aşağıdakı tədbirlər daxildir: artıq bədən çəkisi olan hallarda bədən çəkisinin azaldılması, duzun gün ərzində qəbulunun 5 qramdan az miqdaradək azaldılması, az hərəkətli həyat tərzi olanlar üçün müntəzəm fiziki fəaliyyətlə və ya idmanla məşğul olma. Yüksək qan təzyiqi olan  xəstələrə daha çox (gündə 4-6 porsiya, yəni 400 qram) meyvə və tərəvəzdən istifadə etmək,  doymuş yağlar və xolesterin qəbulunu azaltmaq tələb olunur. Siqaret çəkən xəstələr bu vərdişdən imtina etməlidir. 

 

Qanda xolesterin və digər lipidlərin səviyyəsini nəzarətdə sağlamaq üçün vaxtaşırı müayinəÜmumi xolesterin

 

Şəkərli diabet xəstələrində qanda şəkərin səviyyəsini düzgün tənzimləmək. Qeyd: Qanda şəkərin səviyyəsinə nəzarətlə yanaşı, diabetli xəstələrdə ÜDX-nin profilaktikasına dair tövsiyələr ŞD olmayan şəxslərdə olduğu kimidir.  

 

Həkimin məsləhəti və təyinatı əsasında müvafiq risk faktorlarının aradan qaldırılması üçün həyat tərzinin dəyişdirilməsi ilə yanaşı profilaktik dərman preparatlarından istifadə etmək

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...