Hiperqlikemiya və ya Qanda qlükozanın miqdarının artması


Hiperqlikemiyaya nə səbəb olur?

Hiperqlikemiya qanda qlükozanın (qan şəkəri) miqdarının yüksək olduğunu göstərən termindir. Qanda qlükozanın yüksəlməsi orqanizmdə insulin azlığından və ya bədənin insulini düzgün şəkildə istifadə edə bilməməsindən baş verir.

Hiperqlikemiyaya nə səbəb olur?

Hiperqlikemiyanın səbəbləri çoxdur, lakin aşağıda əsasları  qeyd edilib:

  • 1-ci tip şəkərli diabeti olan xəstələr kifayət qədər insulin qəbul etmədikdə qanda  şəkərin səviyyəsi artır;
  • 2-ci tip şəkərli diabeti olan xəstələrdə kifayət qədər insulin ifraz edilsə də, onların bədənləri insulinin təsirinə davamlı və ya rezistent olur, yəni insulinin təsiri aşağı olur;
  • Normadan artıq yemək yedikdə və ya fiziki aktivlik yüksək olduqda və ya idmanla məşğul olduqda;
  • Hər hansı bir stress keçirdikdə 

 

Qanda şəkərin səviyyəsinin yüksək olmasının (hiperqlikemiyanın) əlamətləri və simptomları hansılardır?

Əlamət və simptomlara aşağıdakılar daxildir:

  • Ölçdükdə qanda şəkərin miqdarının yüksək olması
  • Sidikdə şəkərin miqdarının artması
  • Tez-tez sidiyə çıxma
  • Susuzluq hissinin artması

 

Şəkərli diabeti olan xəstələr tez-tez qanda qlükozanın səviyyəsini yoxlamalıdır. Qanda şəkərin   tənzimlənməsi qaydasına dair ətraflı məlumatı həkimdən əldə etmək vacibdir, çünki bu qaydalar  hər bir xəstədə fərqlənə bilər. Qanda şəkərin gündə neçə dəfə ölçülməsinə dair yetkin fikir olmasa da, əksər mütəxəssislər qanda şəkərin gündə ən azı 2 dəfə ölçülməsini tövsiyə edir. Lakin insulindən istifadə edən xəstələr müəyyən hallarda qanda şəkərlərini gün ərzində daha çox tezliklə ölçməli ola bilər. Qanda şəkərin səviyyəsini təyin edərək onun yüksək olduğu hallarda müalicəsini aparmaqla hiperqlikemiya ilə bağlı problemlərin qarşısını vaxtında almaq mümkündür.

Hiperqlikemiya necə müalicə olunur?

İdman etməklə qanda qlükozanın səviyyəsini azalda bilərsiniz. Ancaq qanda şəkərin miqdarı 240 mq/dl-dan çoxdursa həkimə müraciət etmək tövsiyə olunur. Xüsusilə də, əgər xəstədə huşun pozulması qeyd edilirsə, bu zaman təcili yardımın çağırılması tələb olunur. Həkim sidikdə ketonların səviyyəsini təyin edəcək və digər diaqnostik müayinələr aparacaq. Əgər sidikdə keton tapılarsa bu zaman daha spesifik müalicənin aparılması tələb oluna bilər. Sidikdə ketonlar aşkar edilən xəstələrə idman etmək məsləhət görülmür. Beləki, ketonların səviyyəsi yüksək olan xəstələr idman etdikdə qanda şəkərin miqdarı daha da arta bilər. Hiperqlikemiyası olan xəstələrdə qanda şəkərin səviyyəsini azaltmağın ən təhlükəsiz yolu həkim tərəfindən fərdi qaydada tövsiyə oluna bilər.

Qəbul edilən qidanın miqdarının azaldılması da qanda şəkərin azaldılmasına müsbət təsir göstərir. Ümumiyyətlə, hiperqlikemiyanın baş verməməsi üçün dietoloqla yemək normasının müəyyən edilməsi barədə məsləhətləşmək tövsiyə olunur. Əgər idman və yemək normasına edilən dəyişikliklər heç bir nəticə verməzsə, həkim xəstənin qəbul etdiyi dərmanların, o cümlədən, həblər və ya inyeksiya olunan insulinin qəbul edilməsi vaxtını dəyişə bilər.

Müalicə olunmazsa nə baş verər?

Hiperqlikemiya müalicə olunmadıqda ciddi problemlərə yol aça bilər. Buna görə də, hiperqlikemiya aşkar edildikdə dərhal müalicə olunmalıdır. Əgər müalicə olunmazsa, ketoasidoz (diabetik koma) inkişaf edir. Ketoasidoz orqanizmdə kifayət qədər insulin çatışmadıqda baş verir. İnsulin çatışmadıqda orqanizm yanacaq üçün qlükozadan istifadə edə bilmir və  orqanizm enerji üçün yağları parçalayır.

Orqanizm enerji üçün yağları parçaladıqda, keton adlanan tullantı məhsulları istehsal olunur. Bu zaman orqanizm həddindən artıq ketona tab gətirə bilmir və sidik vasitəsilə bunu xaric etməyə çalışır. Təəssüf ki, bədən bütün ketonları xaric edə bilmir və onlar da qanda toplanaraq ketoasidoza gətirib çıxardır.

Ketoasidoz həyat üçün çox təhlükəlidir və dərhal müalicə olunmalıdır. Müalicə olunmadıqda ketoasidoz ölümə səbəb olur. Simptomları bunlardır:

  • Nəfəs çatışmazlığı
  • Nəfəsdə aseton qoxusunun olması
  • Ürəkbulanma və qusma
  • Ağızda quruluq
  • Huşun dəyişməsi

 

Şəkərli diabeti olan insanlar hər zaman üzərində elektron sağlamlıq kartlarını və ya diabetin olduğunu və ya istifadə etdikləri dərmanların siyahısını bildirən digər məlumat vərəqi gəzdirməlidir. 

Kəskin hiperqlikemik (qanda şəkərin səviyyəsinin artması) və ya hipoqlikemik (qanda şəkərin səviyyəsinin azalması) vəziyyətlərdə, avtomobil qəzası və ya digər fövqəladə hadisələrdə  elektron sağlamlıq kartı şəxsin sağlamlıq statusu barədə informasiya verir: məsələn, şəxsdə şəkərli diabetin olub olmaması,  insulindən istifadə, dərmanlara və ya qida növlərinə allergiya və s. Tibb personalı özü haqqında məlumat verə bilməyən xəstələrdə elektron sağlamlıq kartının olub olmamasına baxmalıdır.

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...