Ailə planlaşdırılması (AP)


Ailə planlaşdırılması (AP)

Ailə planlaşdırılması (AP) – arzu olunmayan hamiləliyin qarşısının alınması, ailədə arzu olunan vaxt və istənilən sayda uşağın doğulması, habelə hamiləliklərarası  intervalın düzgün tənzimlənməsi üçün imkan yaradır. Ailə planlaşdırılması məsələləri cütlüyün ümumi  (həm kişi, həm də qadının) işidir. Ailə planlaşdırılması insanın nəsilartırma funksiyasının müxtəlif kontrasepsiya (arzu olunmayan hamiləlikdən qorunma) üsulları ilə həyata keçirilir. Doğuşlararası müddətin və doğuşların sayının tənzimlənməsi qadının sağlamlıq və əmin-amanlığına, eləcə də hər hamiləliyin nəticəsinə bilavasitə təsirini göstərir.

•  Ailə planlaşdırılması/kontrasepsiya üsullarının istifadəsi abortlara olan ehtiyacı azaldır

•  Ailə planlaşdırılması insanlar üçün uşaqların sayını və doğuşlararası  fasiləni (intervalı) tənzimləmək üçün  imkan yaradır

•  Bəzi ailə planlaşdırılması metodları, məsələn kondomlardan istifadə HİV və digər cinsi yolla yoluxan xəstəliklərin (CYYX) qarşısının alınmasına kömək edir

•  Arzu olunmayan hamiləliklərin qarşısının alınması ilə ailə planlaşdırılması ana və uşaq ölümlərinin azalmasına yardım edir

•  Arzu olunmayan hamiləliklərin qarşısının alınması ilə ailə planlaşdırılması, həm də abortların və onların ağır fəsadlarının, o cümlədən sonsuzluq, qadın reproduktiv orqanlarının ağır zədələnməsi, əlillik və s. qarşısının alınmasına yardım edir.

Bununla yanaşı nəzərə alınmalıdır ki, hər bir hamiləlik və növbəti uşağın böyüdülməsi ailə üzvlərinin üzərinə mühüm öhdəliklər qoyur. Həm hamiləlik dövründə, həm də uşaq doğulduqdan sonra onun sağlam, savadlı vətəndaş kimi boya-başa çatdırılması üçün ailənin müvafiq maliyyə-iqtisadi və sosial dayanıqlığının olması tələb olunur. Buna görə də, cütlük bu və digər mühüm amilləri ailə planlaşdırılmasında nəzərə almalıdır.

Ailə planlaşdırılması metodlarının daha geniş istifadəsi, o cümlədən, hamiləliklərin planlaşdırılması məqsədilə  qadınların istədikləri kontraseptiv üsullara əlçatanlığının təmin edilməsi onların və bütöv ailənin və geniş icmanın əmin-amanlıq və müstəqilliyinin toxunulmazlığı, sağlamlıq və inkişafı üçün vacib amillərdəndir. 

549

Ailə planlaşdırılmasının üstünlükləri

Qadınlarda hamiləliklə bağlı sağlamlıq risklərinin qarşısının alınması

Ailə planlaşdırılması doğuşların arasında olan müddəti müəyyənləşdirməyə, eləcə də erkən hamiləliklə bağlı sağlamlıq riskləri  barədə məlumat verməklə hamiləliyi ləngitmək imkanı yaradır, eləcə də yaşlı qadınlara hamiləlik və doğuşla bağlı riskləri nəzərə alaraq, hamiləlik ilə bağlı məlumatlı qərar qəbul etməyə yardım edir. 

Körpə ölümünün azaldılması

Ailə planlaşdırılması hamiləliklərarası  müddət qısa olan və körpə ölümünün səbəbi olan hamiləliklərin qarşısını almağa kömək edir. Məlumdur ki, doğuşdan sonra ölən anaların uşaqları daha yüksək xəstələnmə və ölüm riskinə məruzdurlar.  Buna görə də, ana ölümünün qarşısının alınması, həm də uşaq ölümünün qarşısını almağa töhfə verir.

HİV/QİÇS-dən qoruma

Ailə planlaşdırılması HİV-ə yoluxmuş qadınlar arasında arzu olunmayan hamiləliklərin qarşısının alınmasına, beləliklə HİV-ə yoluxmuş körpələrin sayının azalmasına yardım göstərir.

İnsan potensialının gücləndirilməsi və təhsilin artması

Ailə planlaşdırılması insanlara onların cinsi və reproduktiv sağlamlığı haqda məlumatlı qərarların verilməsinə yardım göstərir. Ailə planlaşdırılması qadınlara onların təhsilinin və ictimai həyatda iştirakının artmasına imkan yaradır. Əlavə olaraq, bu daha kiçik ailələrdə valideynlərin öz uşaqlarına daha yüksək sərmayə qoymasına stimul verir.

Yeniyetmələr arasında hamiləliklərin azalması

Hamilə yeniyetmələr arasında vaxtından əvvəl və az çəkili uşaqların doğulması riski çox yüksəkdir. Yeniyetmə analardan doğulan uşaqlar arasında ölüm halları daha çox olur. Hamilə olan yeniyetmələrin əksəriyyəti təhsildən yayınmaq məcburiyyətində qalır. 

Kontrasepsiya üsulları:

 

 

 

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...