Ürək-damar xəstəliklərinin inkişafına təsir edən risk faktorları


Ürək–damar xəstəliklərinin dəyişdirilməsi mümkün olmayan risk faktorlarına  xəstənin yaşı, cinsi və irsiyyəti (ailənin hər hansı bir üzvündə 55 yaşından öncə ürək–damar xəstəliklərinin rast gəlinməsi) aid edilir. Dəyişdirilməsi və ya modifikasiyası mümkün olan risk faktorları isə qanda yağların səviyyəsinin yüksəlməsi (məsələn, xolesterinin artması), yüksək qan təzyiqi (hipertoniya), tütünçəkmə, qeyri-sağlam qidalanma, artıq çəki və piylənmə, həddindən artıq az fiziki aktivlik, mütəmadi alkoqol qəbulu və stressdir.

Tütünçəkmə

Tütünçəkmə - dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir. Böyüklər arasında o, hər on nəfərdən birinin ölümünün səbəbidir. Tütün məhsullarının yanması nəticəsində ətraf mühitə yayılan tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu passiv siqaretçəkmə adlandırılır. Tütünçəkmə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və sonda ölümə gətirib çıxara bilir. Tütünçəkənlərin davranışlarının dəyişdirilməsi ürək-damar xəstəliyindən əziyyət çəkən xəstələrin sağlamlıqlarının yaxşılaşdırılması üçün əsas amillərdəndir.

Hesablamalara əsasən dünyada 700 milyon uşaq havada olan ikincili tütün tüstüsü ilə nəfəs alır. Bu da uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astma) ağırlaşmasına gətirib çıxarır. Tütünçəkmənin güclü vərdiş və hətta asılılıq formalaşdırmasına baxmayaraq, hər il milyonlarla insan tütünçəkməyə başlayır və bu təhlükədən qurtula bilir.

Qidalanma

Qidalanma ürək-damar xəstəliklərinin inkişafına qanda xolesterin (XS), arterial təzyiq (AT), bədən çəkisi və şəkərli diabet (ŞD) kimi digər risk amilləri vasitəsilə və müstəqil şəkildə təsir edir. Bu səbəbdən sağlam qidalanma ÜDX-nin profilaktikasının əsasında durur.

ÜDX-nin profilaktikası kimi istifadə olunan sağlam qidalanmanın qarşısında duran əsas vəzifə qidalanma rasionunun (həm kəmiyyət, həm də keyfiyyət baxımından) dəyişdirilməsi məqsədilə insanların davranışını davamlı şəkildə dəyişdirmək və bədən çəkisinin normal səviyyədə saxlanılmasına nail olmaqdır.

Sağlam qidalanmanın səciyyəvi xüsusiyyətləri

• Doymuş yağ turşuları gündəlik kalorinin 10%-dən az hissəsini təşkil etməli və tərkibində polidoymamış yağ turşuları olan qidalarla  əvəz olunmalıdır

• Transdoymamış yağ turşularından istifadə olunması mümkün qədər məhdudlaşdırılmalıdır.

• Gün ərzində istifadə edilən duzun miqdarı 5 qramdan az olmalıdır.

• Gün ərzində dənli bitkilərdən, meyvə və tərəvəzdən alınan bitki liflərinin miqdarı 30-45 qram olmalıdır.

• Gün ərzində istifadə edilən meyvənin miqdarı ən azı 200 qram (2-3 porsiya) olmalıdır.

• Gün ərzində istifadə edilən tərəvəzin miqdarı ən azı 200 qram (2-3 porsiya) olmalıdır.

• Həftədə ən azı 2 dəfə balıq istifadə edilməli, bunlardan biri yağlı balıq olmalıdır.

• Qidalanmanın kalori tərkibi məhdudlaşdırılmalı və bədən çəkisinin normal qalması (və ya buna nail olunması) üçün yetərli olmalıdır. Sağlamlıq üçün ideal Bədən Kütlə İndeksi 18.5-25 kq/m2-dir.

Yuxarıda qeyd edilən sağlam qidalanma qaydalarına riayət edildikdə əlavə xüsusi pəhriz və ya xüsusi qida əlavələrindən istifadə tələb olunmur.

 

Bədən çəkisi

Artıq bədən çəkisi və piylənmə ÜDX olduğu hallarda ölüm riskini artırır. Ölüm hallarının ən aşağı səviyyəsi BKİ-i 18.5-25 kq/m2 olanlardadır. Hesab olunur ki, bədən çəkisinin bundan artıq azaldılması ÜDX-nin əmələ gəlməsi riskinin azaldılmasına əlavə təsir göstərmir. Bədən çəkisinin azaldılması artıq bədən çəkisi və piylənməsi olan şəxslərə tövsiyə olunur. Bədən çəkisinin azaldılması qan təzyiqinin səviyyəsinə və qanda lipidlərin (xolesterin) səviyyəsinə müsbət təsir göstərməklə, ÜDX-nin inkişaf etməsi riskini azalda bilər.

 Artıq bədən çəkisinin ürək-damar sisteminə mümkün olan təsirləri aşağıdakılardır:

•  insulinə qarşı rezistentliyin artması (qlükozaya tolerantlığın pozulması, II tip ŞD-in inkişafı)

•  qan təzyiqinin yüksəlməsi

•  sistemli iltihabın güclənməsi və protrombotik (trombların əmələ gəlməsi) vəziyyətin inkişaf etməsi

•  sidikdə zülalın (albuminin) olması və ya sidiklə zülalın itirilməsi

• dislipidemiya (ümumi xolesterin, Aşağı Sıxlıqlı Lipiproteinlər (ASLP, pis xolesterin), triqliseridlərin, apolipoprotein B-nin qanda səviyyəsinin artması və Yüksək Sıxlıqlı Lipiproteinlər (YSLP, yaxşı xolesterin) və apolipoprotein Aİ-nın azalması.

• ürək-damar və beyin-damar pozuntuları, o cümlədən, beyin insultu və aşağı ətraf damarlarının xəstəlikləri riskinin artması

 

  

Fiziki aktivlik

Artıq bədən çəkisi və piylənmə ÜDX olduğu hallarda ölüm riskini artırır. Ölüm hallarının ən aşağı səviyyəsi BKİ-i 18.5-25 kq/m2 olanlardadır. Hesab olunur ki, bədən çəkisinin bundan artıq azaldılması ÜDX-nin əmələ gəlmə riskinin azaldılmasına əlavə təsir göstərmir. Bədən çəkisinin azaldılması artıq bədən çəkisi və piylənməsi olan şəxslərə tövsiyə olunur. Bədən çəkisinin azaldılması qan təzyiqinin səviyyəsinə və  qanda lipidlərin (xolesterin) səviyyəsinə müsbət təsir göstərməklə, ÜDX-nin inkişaf etmə riskini azalda bilər. 

Artıq bədən çəkisinin ürək-damar sisteminə mümkün olan təsirləri aşağıdakılardır:

• insulinə qarşı rezistentliyin artması (qlükozaya tolerantlığın pozulması, II tip ŞD-in inkişafı)

• qan təzyiqinin yüksəlməsi

• sistemli iltihabın güclənməsi və protrombotik (trombların əmələ gəlməsi) vəziyyətin inkişaf etməsi

• sidikdə zülalın (albuminin) olması və ya sidiklə zülalın itirilməsi

• dislipidemiya (ümumi xolesterin, Aşağı Sıxlıqlı Lipiproteinlər (ASLP, pis xolesterin), triqliseridlərin, apolipoprotein B-nin qanda səviyyəsinin artması və Yüksək Sıxlıqlı Lipiproteinlər (YSLP, yaxşı xolesterin) və apolipoprotein AI-nın azalması.

• ürək-damar və beyin-damar pozuntuları, o cümlədən, beyin insultu və aşağı ətraf damarlarının xəstəlikləri riskinin artması

 

İrsi meyillilik

Bir çox ürək-damar xəstəliklərinin inkişafına irsiliyin və genetik faktorların roluna dair təkzibedilməz sübutlar mövcuddur. Bu səbəbdən aterosklerotik mənşəli xəstəliklər və ya risk amillərinin əksəriyyətinin (yüksək qan təzyiqi, ŞD, hiperlipidemiya) mövcudluğu xəstənin yaxın qohumlarında (55 yaşadək kişilər və 65 yaşadək qadınlar) müəyyən edilməlidir.

Yaş və cins

Yaşın artması və kişi cinsi ÜDX-nin yaranması riskini artırır.

Nisbətən gənc insanlarda bütün risk amillərinin mövcudluğuna baxmayaraq  ÜDX-nin inkişafı riski aşağı olur.

Qadınlar üçün risk eyni yaşda olan kişilərlə müqayisədə daha aşağıdır. Bir qayda olaraq, 60 yaşlı qadınlarda ÜDX-nin inkişaf riski 50 yaşlı kişilərin həmin göstəricilərinə uyğundur.

Həm kişilərdə, həm də qadınlarda tütünçəkmədən imtina, fəal həyat tərzinin tətbiqi, bədən çəkisi, qan təzyiqi və qanda xolesterinin səviyyəsinin normallaşdırılması, eləcə də müntəzəm həkim müayinəsindən keçmə və normadan kənarlaşma müəyyən edildikdə aşkar edilmiş pozuntuların müalicəsi ÜDX-nin inkişaf riskini azalda bilər.

Psixo-sosial risk amilləri

Aşağı sosial-iqtisadi status, yetərli olmayan sosial dəstək, işdə və ailədə stress, depressiya və həyəcan ÜDX-nin əmələ gəlməsi riskini artırır, onun klinik gedişatını və proqnozun pisləşməsini müəyyənləşdirir. Psixo-sosial amillərin ürək-damar xəstəliklərinin inkişaf riski ilə əlaqələndirən mexanizmlərinə qeyri-sağlam həyat tərzi (tütünçəkmə, qeyri-sağlam qidalanma və fiziki aktivliyin çatışmazlığı), həyat tərzinin dəyişdirilməsi və dərmanların qəbuluna dair həkimin tövsiyələrinə əməl etməmə daxildir.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...