Qripə qarşı vaksinasiya (A(H1N1) qripi)


Ağ ciyərlərinin xroniki xəstəlikləri olanlar üçün məlumat

Yəqin ki, A(H1N1) adlanan qrip virusu haqqında eşitmişsiniz. Bu virus bütün dünyaya yayılmışdı və əksər insanların A(H1N1) virusuna qarşı immuniteti yox idi. Dünyada aparılan müşahidələr göstərir ki, ağciyər xəstəlikləri olan insanlar çox ağır formada A(H1N1) qripi ilə xəstələnə bilərlər. Bu insanlar A(H1N1) qripi virusuna yoluxduqları halda onlarda əsas xəstəliklərin ağırlaşmaları, pnevmoniyanın inkişafı və ölüm təhlükəsi yarana bilər.

Qrip haqqında məlumat

Xəstəliyin əlamətləri: yüksək hərarət, əzələ və oynaq ağrıları, təngnəfəslik və hava çatışmazlığı, halsızlıq, öskürək, boğaz ağrısı və zökəm, baş ağrısı, bəzən qusma və ishal.

Qorunma yolları

•  Əllərinizi tez-tez sabunla yuyun.
•  Məlumatı ailə üzvləri, dostlar və işçilər arasında bölüşün.
•  Xəstə olduğunuz təqdirdə evdə qalın, mümkün qədər çox istirahət edin, insanların kütləvi toplandığı yerlərdən uzaq olun, səyahət etməkdən çəkinin.
•  Öskürmə və asqırma zamanı ağız və burun nahiyələrinizi örtün.
•  Maskadan və tənzifdən istifadə edin.

 

Peyvənd nə üçün indi lazımdır?

• A(H1N1) pandemiyası 2009 – cu ildə başlamışdı və çoxsaylı xəstələnmə halları barədə məlumatlar verilmişdi.

• 2010-cu ilin fevral ayına olan məlumata əsasən dünyanın 50-dən çox ölkəsində 350 milyondan çox insan artıq peyvənd edilmişdi. Avropanın 36 ölkəsində pandemik qripə qarşı 51 milyona yaxın insan peyvənd olundu.

Peyvənd təhlükəsizdirmi?

A(H1N1) qripinə qarşı peyvənd təhlükəsizlik baxımından mövsümi qrip peyvəndləri ilə eynidir. A(H1N1) qripinə qarşı peyvəndlərin istehsalı zamanı aparılan kliniki təcrübələr, həmçinin istifadə olunduğu ölkələrdə nəzarət nəticəsində əldə edilmiş bütün mövcud dəlillər bu peyvəndlərin təhlükəsiz olduğunu göstərir.

Qeyd

Bəzi hallarda çox zəif olan təsirlər mümkün ola bilər (hərarət, baş ağrısı, əzələ ağrıları). Əlamətlər 1-2 gün davam edə bilər. Çox nadir hallarda allergiya halları müşahidə oluna bilər.

Kimlər peyvənddən çəkinməlidirlər:

• Peyvəndin müxtəlif komponentlərinə qarşı yüksək həssaslığı olan şəxslər (yumurta və toyuq məhsullarına yüksək həssaslıq).

• Adi qripə qarşı peyvəndə və başqa peyvəndlərə allergiyası olanlar, xroniki xəstəliyin fəsadlaşması və ya xəstəliyin kəskin dövründə olan şəxslər (müalicədən sonra peyvənd oluna bilərlər).

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...