Vərəm haqqında 10 fakt


Vərəm dünyada ən təhlükəli və geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. Vərəm təhlükəli olsa da, onun müalicəsi mümkündür! 

1 fakt. Vərəm yoluxucudur və hava-damcı yolu ilə yayılır. Aktiv formada vərəmli xəstə müalicə olunmazsa, ildə orta hesabla 10-15 insanı yoluxdura bilər.

2 fakt. İki milyarddan çox insan və ya dünya əhalisinin 1/3-i bu xəstəliyə səbəb olan mikrobla – vərəm basili ilə yoluxub. Ehtimallara görə, bu insanların hər 10 nəfərindən biri vərəmin aktiv forması ilə xəstələnəcək. İnsanın immunçatışmazlığı virusuna (İİV) yoluxmuş insanlar üçün vərəmlə xəstələnmə riski daha böyükdür.

3 fakt. Dünya üzrə 2009-cu ildə vərəmdən ümumi hesabla 1,7 milyon insan vəfat edib, yəni bu səbəbdən bir gündə 4700-ə yaxın ölüm hadisəsi baş verib. Vərəmdən ölüm hallarının əksəriyyəti inkişafda olan ölkələrin payına düşür ki, bunun da yarıdan çoxu Asiyada baş verir.

4 fakt. Vərəm immun sistemi zəif olan İİV-ə yoluxmuş insanların əsas ölüm səbəbidir.

5 fakt. 2009-cu ildə 9,4 milyon vərəmlə yeni xəstələnmə halı baş verib ki, bunlardan 80%-i 22 ölkədə qeydə alınıb.

6 fakt. Vərəm – qlobal pandemiyadır (geniş yayılmış epidemiya). Vərəmlə xəstələnmənin yüksək göstəricisi olan 15 ölkədən 13-ü Afrikanın payına düşür. Yeni xəstələnmə hallarının 1/3-i Hindistan və Çində baş verir.

7 fakt. Çoxsaylı dərman vasitələrinə davamlı vərəmin (ÇDDV) müalicəsində bu xəstəliyə qarşı bir neçə əsas dərman vasitəsi artıq öz təsirini göstərmir, lakin vərəmin bu forması da müalicə olunandır. ÜST-nin apardığı qiymətləndirməyə görə, 2008-ci ildə ÇDDV ilə 440 000 yeni xəstələnmə halı baş verib ki, bunun da 50%-dən çoxu üç ölkədə – Hindistan, Çin və Rusiyada qeydə alınıb. ÜST-nin məlumatlarına əsasən, ÇDDV dünyanın əksər ölkələrində müşahidə olunur.

8 fakt. Genişləndirilmiş dərman çeşidlərinə davamlı vərəm (GDDV) zamanı həm əsas, həm də ehtiyat dərman vasitələrinə davamlılıq yaranır. Vərəmin bu formasının müalicəsi son dərəcə çətindir. ÜST-nin məlumatlarına əsasən, GDDV ilə xəstələnmə halları artıq 58-dən çox ölkədə təsdiq olunub.

9 fakt. 2015-ci ilədək vərəmlə mübarizədə iki məqsədə nail olmaq nəzərdə tutulmuşdu:

• Minilliyin İnkişaf Məqsədlərindən biri kimi vərəmin yayılmasının dayandırılması və 1990-cı illə müqayisədə vərəmlə qlobal xəstələnmənin azalması təməlinin qoyulması

• “Vərəmi dayandırmaq” Tərəfdaşlığının məqsədi kimi vərəmdən ölənlərin sayının 1990-cı illə müqayisədə ikiqat azaldılması

10 fakt. 1995-ci ildən başlayaraq, DOTS proqramı (Bilavasitə Nəzarət altında Qısamüddətli Müalicə) çərçivəsində 41 milyon vərəmli xəstənin uğurlu müalicəsi təmin olunub və 6 milyon insanın həyatı xilas edilib. 2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Minilliyin Qlobal planının tam maliyyələşdirilməsi və həyata keçirilməsi şəraitində 2015-ci ilədək dünyada daha 5 milyon insanın həyatının xilas edilməsi mümkün ola bilərdi.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...